"Qalatasaray", "Fənərbaxça", yoxsa "Beşiktaş"? - "Qarabağ"ın rəqibləri bilinir

Yeni formatda keçiriləcək Avropa Liqasının əsas mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri bu gün bilinəcək.

Sports.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin rəqibləri Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatmada bəlli olacaq.

Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq. 

Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünəcək. Komandalar hər səbətdən iki rəqiblə – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.

8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı avrokuboklarda mübarizəni dayandıracaq.
Səbətlərin tərkibləri:

1-ci səbət
“Roma” 
“Mançester Yunayted” 
“Porto”
"Ayaks"
“Reyncers”
“Latsio”
“Ayntraxt”
“Tottenhem Hotspur”
“Slaviya” (Praqa)

2-ci səbət
“Real Sosyedad”
“AZ Alkmaar”
"Braqa"
“Olimpiakos”
“Lion”
PAOK
“Fənərbaxça”
"Makkabi" (Tel Əviv)
"Ferentsvaroş"

3-cü səbət
“Qarabağ”
“Qalatasaray”
"Viktoriya" (Pızen)
“Bodo Qlimt”
“Union Sent Jiloaz”
“Dinamo” (Kiyev)
"Ludoqorets"
“Midtülland”
“Malmö”

4-cü səbət
“Atletik” (Bilbao) 
“Hoffenhaym”
“Nitsa” 
"Anderlext"
“Tvente”
"Beşiktaş"
FCSB (Buxarest)
RFS (Riqa)
Elfsborq

Göründüyü kimi "Qarabağ" qardaş Türkiyənin 3 böyük klubundan ikisi ilə rəqib ola bilər. Ona görə ki, UEFA bu mərhələdə eyni ölkədən maksimum 2 klubun bir-biri ilə qarşılaşmasına icazə verir. 

Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il keçiriləcək:

1-ci tur: 25-26 sentyabr
2-ci tur: 3 oktyabr
3-cü tur: 24 oktyabr
4-cü tur: 7 noyabr
5-ci tur: 28 noyabr
6-cı tur: 12 dekabr
7-ci tur: 23 yanvar
8-ci tur: 30 yanvar

UEFA Avropa Liqasının əsas raundunun püşkatmasını bu linkdən canlı izləyə bilərsiniz.

"Qarabağ"ın UEFA Avropa Liqasındakı çıxışı ETOPAZ-ın dəstəyilə təqdim edilir

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar