Şahruddin, Cica və Keyta "Qarabağ"dan gedir? - Son dəqiqə

"Qarabağ" Avropa Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. Sports.az xəbər verir ki, sifariş olunan futbolçuların siyahısında Şahruddin Məhəmmədəliyev, Redon Cica və Hamidu Keytanın adı yoxdu.

Bu onu deməyə əsas verir ki, adı çəkilən oyunçular klubu yaxın günlərdə tərk edəcək? Onların bir çox yerli və xarici klubların maraq dairəsində olması heç kimə sirr deyil. Amma bu 3 oyunçunun sifariş edilməməsinin əsas səbəbi "Qarabağ"dan getmək ehtimalı deyil.
Məsələ burasındadır ki, Şahruddin zədəlidi və sağalması zaman aparacaq.

B siyahısındakı 1 nəfərlə birgə 23 futbolçudan artıq adın sifariş ərizəsinə daxil edilə bilmədiyinə görə Cica və Keyta da siyahıdan kənarda qalıb.

Ötən mövsüm Adama Diakabi və Riçard Almeyda da bu səbəbdən siyahıya düşməmişdi.

Amma bu 3 futbolçunun komandada qalacağı da hələlik tam dəqiq deyil. Avrokuboklarda iştirak etməyəcəklərinə görə digər təklifləri dəyərləndirmək ehtimalları yüksəkdi. Belədə bu futbolçuların gedişi "Qarabağ"ın büdcəsinə müsbət təsir edə bilər. Onların əvəzinə yeni legionerlərin transfer edilməsi üçün imkan yaranar. 


Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar