“Qarabağ” hücumçusu ilə yollarını ayırdı

"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.

Sports.az xəbər verir ki, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.

Hamidu Keyta “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar