Emin Mahmudovdan Qriqorçukun qərarına ilk münasibət

“Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram”.

Sports.az xəbər verir ki, bu fikirlər “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudova məxsusdur.

Mahmudov kapitanlığın ondan alınmasına özünün sosial şəbəkə səhifəsində paylaşım etməklə münasibət bildirib.

E.Mahmudov daha sonra bunları qeyd edib: “Bu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım.

Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, baş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vtse-kapitanlar isə Yuri Matias və Robert Bauerdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar