Milli komandada yeni baş məşqçi
Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sports.az xəbər verir ki, bu posta İngiltərənin “Kristal Pelas” klubunun sabiq futbolçusu Toni Popoviç təyin olunub.
Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Popoviç bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. Sabiq baş məşqçinin rəhbərliyi altında Avstraliya yığması DÇ-2022-nin 1/8 finalına qədər irəliləyib və burada Argentinaya uduzub.
Komanda DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).
Popoviç 5 il “Kristal Pelas”da oynadıqdan sonra bu komandanın məşqçilər korpusunda yer alıb. Yunanıstan və Türkiyədə də çalışmış mütəxəssis 2021-2024-cü illərdə Avstraliyanın "Melburn" klubunun baş məşqçisi olub.