“Qarabağ”ın “Tottenhem”lə oyununda fransalı hakimlər

İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun oyununu fransalı hakim idarə edəcək.

Sports.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoya tapşırılıb.

Ona həmyerliləri Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kiyas (Avstriya) əyləşəcək.

Sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar