Azərbaycanlı FIFA referisi UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

Sports.az xəbər verir ki, o, 2-ci turda keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar