Premyer Liqa klublarının cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, bu gün baş tutan iclasda Misli Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda “Səbail” komandasının 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail” komandasına xəbərdarlıq edilib.

“Səbail” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” komandası 700 manat cərimə edilib.

“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar