Azərbaycan futbolu
“Qalib gəlsək də, startdan narazı qaldım” - Postekoqlu
27.09.2024 | 02:44
"Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, yunanıstanlı mütəxəssis 3:0 hesablı qələbəni şərh edib:
“Brennan bizim üçün vacib oyunçudur. O, hücumda Son və Solanke ilə yaxşı çıxış etdi. Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq. Qırmızı vərəqəyə kimi ötürmələrlə passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Bundan sonra reaksiyamız yaxşı oldu. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım”.