Azərbaycan futbolu
Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
30.09.2024 | 12:15
Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Sports.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.
Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.