AFFA nümayəndələri UEFA-nın tədbirində iştirak ediblər
Serbiyanın Belqrad şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.
Sports.az xəbər xəbər verir ki, konfransda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları da iştirak ediblər.
Tədbir zamanı aşağıdakı mövzular müzakirə olunub:
• Ötən lisenziyalaşdırma mövsümünün icmalı;
• Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi;
• Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
• UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;
• Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər;
• Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.