Azərbaycan futbolu
Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
07.10.2024 | 16:15
AÇ-2026-ya hazırlıq məqsədi ilə Azərbaycan millisi noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.
Sports.az xəbər verir ki, komandamız bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.
Oyunlar noyabrın 4-də və 5-də Zenica şəhərində yerləşən Huseyn Smayloviç adına Arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.