Fatih Terim Bakıya gələcək

Fatih Terim Bakıya gələcək

“Qarabağ” klubunun təşəbbüsü ilə məşhur türkiyəli baş məşqçi Fatih Terim Bakıya gələcək.

Sports.az xəbər verir ki, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

Futbol azarkeşlərinin sevimlisi olan mütəxəssis alyansı yaradacaq klubların nümayəndələri kimi noyabrın 15-i Bakıya təşrif buyuracaq. Türkiyə millisi və “Qalatasaray”dakı uğurları ilə tanınan, “Milan” və “Fiorentina” kimi klubları çalışdırmış Terim COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansı dəstəkləmək məqsədilə ölkəmizə səfər edəcək.

Terim alyansın yaradılması tədbirində çıxış etməsi gözlənilir. Terimin Bakı səfərini proqramı və KİV nümayəndələri ilə görüşü barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

“Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid), “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Son xəbərlər
“Arsenal”la “Liverpul”dan qələbə
“Barselona” inamlı qələbəyə sevindi
PSJ-dən səfərdə çətin qələbə
“Latsio”dan səfər qələbəsi
“Bayer”dən inamlı qələbə
“Qalatasaray”dan darmadağın
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı
Əsas ulduzu “Əl-İttihad”ı tərk edə bilər
2 boksçumuz AÇ-nin yarımfinalında
Peres “Real”ın ulduzuna rəğbət bəsləyir
Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib
Disasi Liqa 1-ə qayıda bilər
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
“Real” və PSJ Upamekanonun tələblərini qarşılamağa hazırdırlar
“Bu, ağrılıdır, həm də utancvericidir” – Berdıyev
“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
Arteta Qabrielin satılmasını istəmir
"Turan Tovuz" "Sabah"a, "Zirə" "Şamaxı"ya məğlub oldu
Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu
“Şamaxı” “Zirə”yə belə qalib gəldi - VİDEO
“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov
“İtkilər bizi çox yordu” - Rəşad Sadıqov
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
MY Serxio Ramosla bağlı qərar qəbul etdi
Luis Enrikedən Safonov haqda yeni açıqlama
“Zenit” “Korintians”ın hücumçusundan imtina etdi
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar