Azərbaycan futbolu
“C Liqasında qalmaq şansımız var” - Mahir Emreli
18.11.2024 | 20:20
“Cuzi də olsa, C Liqasında qalmaq şansımız var”.
Sports.az-ın Stokholm şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Cuzi də olsa, şansımız var. Rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğuru nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır”.
Noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-da səsləndiriləcək.