“İnanmasaydım, burada olmazdım” - Cavid Hüseynov

"Səbail"in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində doğma meydanda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:

"Qarabağ"ı təbrik edirəm. Bizim üçün üzücü məğlubiyyət oldu. Düşünürəm ki, komandanın potensialı var. Yaxın gələcəkdə istədiyimiz nəticəni alacağıq. Heyətlə bağlı sıxıntılarımız var idi. Futbolçu kasadlığı yaşayırıq. Fiziki hazırlığımız o qədər də ürəkaçan olmadığı üçün 90 dəqiqə dözə bilmədik. Amma 70 dəqiqə yaxşı futbol oynadıq.

Heyət geniş olanda hansısa sistem dəyişikliyi edə bilərik. Futbolçu sayına görə bu gün sistemi bu cür qurduq. İkinci hissədə səhvlərə yol verdik. Çünki, komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb. Mən də 10 gündür buradayam. Qısa müddət ərzində bacardığım qədər fiziki durumu irəli aparmışam. Sistemi otuzdurmaq 1 həftənin, 10 günün işi deyil. Bunu başa düşürdüm. Bu oyun bizə nəyin üzərində daha çox işləməli olduğumuzu göstərəcək.

İstəyərəm ki, məşqçilər korpusu geniş olsun. Fiziki hazırlıq məşqçimiz var. 4 gün öncə İspaniyadan dəvət etmişik. Bu il məqsədimiz Premyer Liqada qalmaqdır. Qışda transferlərə ehtiyac var. Hücum mövqeyində çox əziyyət çəkirik. Meydana hücumçusuz çıxırıq.

Məşqçilik karyeramda hansı uğurları əldə etdiyim futbol ictimaiyyəti üçün sirr deyil. Özümü çox hazır hiss edirəm. Hər zaman məqsədimə doğru iri addımlarla irəliləməyə çalışıram. Komandaya xeyir vermək üçün buradayam. "Turan Tovuz"da yerim rahat idi. Kurban Berdiyevin köməkçisi idim. "Səbail"in Premyer Liqada qalması üçün əlindən gələni edəcəyəm. Mənim öz ətrafımda olan insanlar da dedilər ki, bəlkə tələsməyəsən. Mən prinsipial insan olmuşam. 4 ay Kurban Berdiyevin yanında oldum. Bu, mənim üçün əla təcrübə idi. Çalışacağam ki, bundan məşqçilik karyeramda istifadə edim. İnanmasaydım, burada olmazdım”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar