“Sabah” Azərbaycan Kubokunun 1/4 finalına penaltilərlə yüksəldi

"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub.

Sports.az xəbər verir ki, 1/8 finalın oyununda Tovuz şəhər stadionunda "Sabah"ı qəbul edən qərb təmsilçisi rəqibinə penaltilər seriyasında məğlub olub.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 bərabərliklə yekunlaşıb.

Onbir meterlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (3:1) Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə adlayıb. "Sabah"ın 1/4 finaldakı rəqibi "Sumqayıt" - MOİK cütünün qalibi olacaq.

Daha əvvəl baş tutan matçların nəticələrinə görə "Səbail" və "Araz-Naxçıvan" 1/4 finala vəsiqə əldə etmişdi.

Azərbaycan kuboku
1/8 final

3 dekabr

Turan Tovuz – Sabah 2:2 (penaltilər 1:3)
Qollar: Aleks Souza, 28. Otto Con, 113 - Con İrasabal, 45+2. Nenad Kupuşoviç, 118.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar