“Neftçi” üzərində qələbəni atama həsr edirəm” - Vaqif Cavadov

“Neftçi” üzərində qələbəni atama həsr edirəm” - Vaqif Cavadov

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Futbolçularıma təşəkkür edirəm. Onlar üçün böyük addım olacaq. Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq".

Biz ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. Karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, “Neftçi”lidir. Onun olmaması mənim üçün çətindir. “Neftçi” üzərində qələbəni atama həsr edirəm. Onun üzərimdə böyük əməyi var.

Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. “Neftçi”yə uğurlar arzulayıram. Bu klubu yuxarı pillələrdə görmək istəyərdim. “Zirə”, “Şamaxı” və “Neftçi”yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə Allah da bizə qələbəni bəxş etdi”.

Son xəbərlər
“Arsenal”la “Liverpul”dan qələbə
“Barselona” inamlı qələbəyə sevindi
PSJ-dən səfərdə çətin qələbə
“Latsio”dan səfər qələbəsi
“Bayer”dən inamlı qələbə
“Qalatasaray”dan darmadağın
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı
Əsas ulduzu “Əl-İttihad”ı tərk edə bilər
2 boksçumuz AÇ-nin yarımfinalında
Peres “Real”ın ulduzuna rəğbət bəsləyir
Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib
Disasi Liqa 1-ə qayıda bilər
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
“Real” və PSJ Upamekanonun tələblərini qarşılamağa hazırdırlar
“Bu, ağrılıdır, həm də utancvericidir” – Berdıyev
“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
Arteta Qabrielin satılmasını istəmir
"Turan Tovuz" "Sabah"a, "Zirə" "Şamaxı"ya məğlub oldu
Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu
“Şamaxı” “Zirə”yə belə qalib gəldi - VİDEO
“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov
“İtkilər bizi çox yordu” - Rəşad Sadıqov
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
MY Serxio Ramosla bağlı qərar qəbul etdi
Luis Enrikedən Safonov haqda yeni açıqlama
“Zenit” “Korintians”ın hücumçusundan imtina etdi
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar