“Juninyo “Flamenqo”da oynamağa hazırdır”

“Juninyo “Flamenqo”da oynamağa hazırdır”

“Juninyo "Flamenqo"da oynamağa hazırdır”.

Sports.az xəbər verir ki, bunu "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao "köhlən atlar"ın digər üzvü Olavio Juninyonun "Flamenqo" klubuna mümkün keçidi barədə "Globo" nəşrinə müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi həmyerlisi haqqında xoş ifadələr işlədib:

"Juninyo Braziliya futbolunda bu gün sahib olduğumuz bir çoxundan fərqli mərkəz hücumçusudur. Adətən biri qol vuran, digəri isə hərəkətli olur. Amma çox sürətli forvardlara nadir hallarda rast gəlirik. Juninyo da belədir. Onun burada çox qol vurmasının səbəbi sürətidir. Rəqiblərini keçmək üsulu inanılmazdır. Mərkəz hücumçusunun bunu etməsi çətindir".

Romao "Flamenqo" və İspaniyanın "Sevilya" kimi böyük klublarının hücumçuya maraq göstərməsinin təəccüblü olmadığını söyləyib:

"Əminəm ki, niyə onun arxasınca gəldiklərini göstərəcək. Juninyo əla oyunçudur. Düşünürəm ki, çoxlu qollar vuracaq. Braziliyada onun kimi futbolçular çatışmır. O, artıq təcrübəlidir. Daha əvvəl Braziliya və Portuqaliyada oynayıb. "Flamenqo"da yaxşı çıxış etmək ehtimalı çox yüksəkdir".

Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Son xəbərlər
“Arsenal”la “Liverpul”dan qələbə
“Barselona” inamlı qələbəyə sevindi
PSJ-dən səfərdə çətin qələbə
“Latsio”dan səfər qələbəsi
“Bayer”dən inamlı qələbə
“Qalatasaray”dan darmadağın
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı
Əsas ulduzu “Əl-İttihad”ı tərk edə bilər
2 boksçumuz AÇ-nin yarımfinalında
Peres “Real”ın ulduzuna rəğbət bəsləyir
Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib
Disasi Liqa 1-ə qayıda bilər
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
“Real” və PSJ Upamekanonun tələblərini qarşılamağa hazırdırlar
“Bu, ağrılıdır, həm də utancvericidir” – Berdıyev
“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
Arteta Qabrielin satılmasını istəmir
"Turan Tovuz" "Sabah"a, "Zirə" "Şamaxı"ya məğlub oldu
Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu
“Şamaxı” “Zirə”yə belə qalib gəldi - VİDEO
“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov
“İtkilər bizi çox yordu” - Rəşad Sadıqov
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
MY Serxio Ramosla bağlı qərar qəbul etdi
Luis Enrikedən Safonov haqda yeni açıqlama
“Zenit” “Korintians”ın hücumçusundan imtina etdi
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar