Azərbaycan futbolu
“Qarabağ” “Flamenqo”nun ilk təklifini rədd etdi
![](https://sports.az/file/articles/2025/01/10/1736499785_17f4070e-0665-3fbe-9fcb-5184ca086e60_850.jpg)
10.01.2025 | 14:15
"Qarabağ" futbolçusu Olavio Juninyo üçün Braziliyanın "Flamenqo" klubunun ilk təklifini rədd edib.
Sports.az xəbər verir ki, bu barədə yerli "Terra" nəşri məlumat yayıb.
Lakin tərəflər arasında danışıqlar davam edir və A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu üçün daha bir müraciəti olacaq.
Azərbaycan çempionunun bu keçidə görə təxminən 6 milyon avro istədiyi yazılıb. Hazırda "Flamenqo" bu məbləği azaltmağa çalışır.
Qeyd edək ki, "qırmızı-qaralar" oyunçunu 4 milyon avroya transfer etmək istəyib. Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.