Azərbaycan futbolu
“Şamaxı”da daha bir ayrılıq
11.01.2025 | 14:20
“Şamaxı” klubu müdafiəçi Zahid Mərdanovla yolları ayırıb.
Sports.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Zahid Mərdanov 2023-cü ilin yanvarından Şamaxı komandasının formasını geyinirdi.