Azərbaycan futbolu
UEFA-dan “Qarabağ”a yarım milyon avroluq ödəniş

23.11.2022 | 16:41
UEFA "Qarabağ" klubuna 504 000 avro məbləğində ödəniş edib.
Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu bu məbləği Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə və turnirdə iştirakla əlaqədar bonus olaraq alıb.
Maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.