“Qarabağ”da əlamətdar gün

"Qarabağ" futbol klubun baş meneceri Asif Əsgərovun 41 yaşı tamam olur.

Qərbi Azərbaycanda dünyaya gələn Əsgərov uşaq yaşlarında erməni vandallığının nəticəsində doğma el-obasından köçkün düşüb. 

O, Azərbaycan Dovlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Stokholm Biznes Universitetinin İdman Menecmenti fakültəsinin məzunu olub. 

"Qarabağ" Futbol Klubunda 18 il öncə fəaliyyətə başlayan Əsgərov 2017-ci ildən Avropa Klublar Birliyinin İşçi Qrupunun üzvü, 2019-cu ildən isə katibidir.

Azərbaycan futbolunun inkişafında və "Qarabağ"ın Avropa kuboklarındakı uğurlarında Asif Əsgərovun böyük xidmətləri var.

Asif bəyi doğum günü münasibətilə təbrik edir, ona futbolumuzin inkişafındakı çətin işində daha böyük uğurlar arzulayırıq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar