“Bizim üçün əsas olan qələbə qazanmaqdır” - Erqemlidze

“Kəpəz”in hücumçusu Mixeil Erqemlidze Premyer Liqanın 15-ci turunun “Şamaxı” ilə oyunundan öncə klubun mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, forvard səfər matçında qələbə qazanmaq istədiklərini bildirib:

“Çətin oyun olacaq. Bizim üçün əsas olan qələbə qazanmaq və yolumuza inamla davam etməkdir. Belə olacağına ümid edirəm. Yaxşı hazırlaşmışıq. Əhval-ruhiyyəmiz də yaxşıdır. Bundan öncə kubokda mərhələ adlamaqla azarkeşlərimizi sevindirmişik. Bunun ardını gətirmək istəyirik. Komandamızda kimin qol vurmasının əhəmiyyəti yoxdur. Vacib qələbə qazanmağımızdır. Bilmirəm, səfər oyununda oynamaq şansı əldə edəcəm, ya yox. Buna baş məşqçi qərar verir, bizim işimiz isə tapşırıqları yerinə yetirməkdir. Meydana çıxmaq imkanım olsa, komandanın uğuru üçün əlimdən nə gəlirsə, edəcəm. Hava soyuq olacaq deyirlər. Fərq etməz, hədəfimiz qalib gəlməkdir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar