Tərlan Əhmədov: “Bu gün bir xal qazandıq, iki xal da itirdik”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 15-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:1 hesabı ilə bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Turnir cədvəlində vəziyyətimizi düzəltmək üçün bura qələbə qazanmağa gəlmişdik. Çalışırdıq ki, məsələni birinci hissədə həll edək. İlk yarıda daha rahat futbol oynadıq. Qol epizodlarımız da vardı. Amma bundan istifadə edə bilmədik. Fasilədən sonra da bir neçə epizodda fərqlənə bilərdik. Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi. Deyərdim ki, bu gün bir xal qazandıq, iki xal da itirdik. Bəlkə məğlub da ola bilərdik. Biz meydanda dayananda rəqibin də qol epizodları oldu. Əlimizdə olan futbolçulardan maksimum şəkildə istifadə etdik. Zədəlilərimiz hələ yeni qayıdıb. Buna görə tam heyətlə meydana çıxa bilmirik. Dəyişiklik etməyə çətinlik çəkirik. Hardasa komandamın oyunu məni 70 dəqiqə məmnun etdi. Hücumda çoxlu qol epizodları yaratdı. Səfərdə bir xal qazandığımız üçün futbolçulara təşəkkür edirəm. Meydanda mübarizə apardılar. Bu çətin məqamda bacardığımız qədər çalışırıq ki, həm də baxımlı futbol oynayıb xallarımızı qazanaq".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar