Sumqayıtda heç-heçə, “Sabah”dan qələbə

Bu gün futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulub.

Sports.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” liderlər qrupunda qərarlaşmış “Sabah”ı qəbul edib. Bu oyunda qonaqlar minimal hesabla qalib gəliblər.

Turun qapanış matçında isə “Sumqayıt” və “Qəbələ” komandaları üz-üzə gəlib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Xatırladaq ki, daha öncə “Neftçi” “Səbail”ə qalib gəlibsə (3:1), “Şamaxı” - “Kəpəz” (1:1) və “Qarabağ” - “Zirə” (0:0) matçlarında qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
XV tur

29 noyabr

“Turan Tovuz” – “Sabah” 0:1
Qol: A.Kaşuk, 80.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 14:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev.

“Sumqayıt” – “Qəbələ” 1:1
Qol: T.Todoroski, 79 - İ.Alimi, 74-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 16:30.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Məşqçi: Mübariz Orucov.
Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar