“Regekampf həmişə “Styaua” üçün seçim ola bilər”

Rumıniyalı iş adamı Viktor Beqali “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın “Styaua”ya mümkün keçidi haqda danışıb.

Sports.az xəbər verir ki, sabiq futbol meneceri rumıniyalı mütəxəssisin keçmiş klubuna qayıtmaq variantının mümkün olduğunu bildirib:

“Regekampfın “Styaua”da həm uğur, həm də uğursuzluq yaşadığı dövrlər oldu. Lakin şübhəsiz, Regekampf həmişə bu klub üçün seçim ola bilər. Onun “Neftçi”dəki vəziyyətini bilmirəm. Həmçinin “Stayua”nın da nə istədiyindən xəbərsizəm. Qərar verənlər nə etməli olduqlarını daha yaxşı bilirlər”.

Viktor Beqali “Styaua”nın sahibi Cici Beqalinin əmisi oğludur.

“Styaua” Nikolae Diçanın istefasından sonra bu posta müvəqqəti olaraq Mihai Pintilini təyin edib və yeni baş məşqçi axtarışını davam etdirir.

Regekampf 2012-2014 və 2015-2017-ci illərdə Rumıniya klubunda çalışıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar