“Sumqayıt”ın məşqçisi: “Bizim daha çox qol şansımız oldu”

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 15-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“Maraqlı oyun alındı. Fasilədən sonra hər iki komandanın xeyli qol epizodu oldu. Bizdə daha çox şans olduğunu düşünürəm. Qalib gəlmək, azarkeşlərimizi sevindirmək istəyirdik. Yekunda heç-heçə qeydə alındı. Məncə, müdafiə xəttimiz də etibarlı oynadı. Futbolçulardan razı qaldıq. Təkcə Vüsal İsgəndərlinin yox, hər bir oyunçunun yeri görünür. Qışda komandada dəyişikliklər olacaq. Ancaq fasiləyə qədər qərar vermək fikrimiz yoxdur. Hər şey futbolçulardan asılıdır. 3 oyundan sonra biləcəyik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar