“Neftçi”dən 200-cü məhsuldar oyun

“Neftçi” Misli Premyer Liqasının 15-ci turunda “Səbail”lə qarşılaşıb.

Sports.az xəbər verir ki, “ağ-qaralar” ev oyununda 3:1 hesablı qələbə qazanıb.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. “Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.

Qeyd edək ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar