“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı

Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. Bir müddət idi stadionunun qazonunu dəyişən Tovuz klubu nəhayət bu gün yenidən doğma arenasında oyuna çıxacaq.
Bu gün həm də “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Xatırladaq ki, daha öncə “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1) qalib gəlib, “Karvan-Yevlax” “Zirə”yə (2:3) uduzub. “Sabah” – “Qəbələ” oyunu sabah keçiriləcək.
Misli Premyer Liqası
10-cu tur
2 noyabr
“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
Tovuz şəhər stadionu, 16:00.
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.





























