“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”

“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”

Azərbaycanın futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında üz-üzə gəldiyi Liviya yığmasından beynəlxalq oyun təcrübəsi baxımından geri qalıb.

Sports.az xəbər verir ki, bunu yığma üzvü Kənan Manafov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, rəqibin təcrübəli olduğunu bildirib:

"Güclü rəqiblə qarşılaşdıq. Dünya çempionatına vəsiqə qazanmış və təcrübəli futzalçılardan qurulan komandadır. Bizim heyətdə yer alanların əksəriyyəti gənclərdir və beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq. İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi də qısa zaman kəsiyində oldu. Bunlar oyundan öncəki durum idi. Meydanda isə əzmkar, istəkli, sona qədər mübarizə aparan bir kollektiv olduq. Döyüşkənliyimizin nəticəsi kimi sonda qələbə və 3 xal qazandıq".

K.Manafov növbəti rəqib haqda da danışıb:

"Növbəti oyunda Özbəkistan millisi ilə qarşılaşacağıq. Rəqibimiz turnirin favoritlərindən hesab edilir. Səudiyyə Ərəbistanı ilə görüşlərini izlədik. Liviyadan daha güclü kollektivdi. Çətin olacaq, ancaq mübarizəni sona qədər davam etdirəcəyik. Qazanılan hər qələbə və xal özünəinamı artırır".

Hücumçu millinin qarşısına qoyulan ilkin tapşırığı da açıqlayıb:

"Komandanın hədəfləri var. İlkin tapşırıq qrup mərhələsindən yarımfinala yüksəlməkdir. Addım-addım hədəfə doğru irəliləyəcəyik".

O, təşkilatçılığın yüksək olduğunu qeyd edib:

"İndiyə qədər hansısa problemlə qarşılaşmamışıq. İstər qaldığımız Olimpiya kəndindəki şərait, istər qidalanma ilə bağlı vəziyyət, istərsə də oyun və məşq zalları mükəmməldir. Rəhbərlik də daim komandanın yanındadır. Qalır qarşıya qoyulan tapşırığı yerinə yetirmək, Bakıya medalla qayıtmaq".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda üz-üzə gəldiyi Liviyaya 5:4 hesabı ilə qalib gəlib.

Son xəbərlər
“Komandanın hazırlığından razıyam”
Günün oyunları – TV
“Olimpik” Endriki icarəyə götürmək istəyir, amma…
DÇ: Millimiz ilk görüşdə Perunu sınağa çəkəcək
Millimiz Latviyaya yollandı
AÇ: Millimiz seçmə mərhələdə növbəti oyununu keçirəcək
İnsinye İtaliya A Seriyasına qayıda bilər
Seçmə mərhələdə sonuncu oyunlar keçiriləcək
Yüksək Liqada 7-ci turun oyunları keçiriləcək
Yığmamız Cəbəllütariqə qarşı
Sörlot Türkiyə Super Liqasına keçmək istəmir
Azərbaycanın U-19 millisi bu gün Malta ilə üz-üzə gələcək
Millimiz Monteneqroya qarşı
Azərbaycan güləşçiləri İslamiadada mübarizəyə başlayır
Levandovski İngiltərə nəhəngindən təklif aldı
“Real”ın iki hücumçusu Madrid klubunu tərk edə bilər
AFFA-dan gözləntilər
“Liverpul” ulduz müdafiəçisinə son təklifini ünvanladı
PSJ müdafiəçisi ilə müqaviləsini yenilədi
Konteni “Napoli”nin sükanı arxasında əvəz edə biləcək mütəxəssis məlum oldu
“Real”ın müdafiəçisi ciddi zədədən yayındı
Almaniya və Niderland da DÇ-2026-da!
Linekerdən Messi və Ronaldo müqayisəsi
Haland İtaliya yığması üzərində möhtəşəm qələbəni şərh etdi
Azərbaycan millisindən İslamiadada ikinci qələbə
Rusiya millisinin baş məşqçisi Premyer Liqa klubundan ayrıldı
Azərbaycan karateçilərindən Çanaqqalada uğurlu nəticə
“Yuventus” “Elçe”nin yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycanın iki qılıncoynadanı İslamiadada medal qazandı
“Sabah”ın basketbolçularına milli dəvət
DAHA ÇOX

Ən çox oxunanlar