“İdman xoşbəxtliyi bizdən yan qaçır” - Azər Həşimov

“İdman xoşbəxtliyi bizdən yan qaçır” - Azər Həşimov

"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Premyer Liqanın 11-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. "Çelsi" ilə oyunda heç-heçə edən "Qarabağ"ı da təbrik edirəm, onlara uğurlar arzulayıram. Oyuna gəldikdə, hər şeyi özünüz gördünüz. Futbolçularımız əzmkar mübarizə apardılar. Penalti mübahisəli epizod idi. Açığı, epizoda baxa bilmədim. Baxandan sonra dəqiq deyə bilərəm. Futbolçular deyir ki, penalti yox idi. Vadim Abdullayev paltardəyişmə otağında çox məyus idi. Özü deyirdi ki, əlimi gizlətmişəm. Epizoda baxmağa vaxtım olmadı. Ona görə də nəsə deyə bilmərəm. Bütün hakimlərimiz ədalətli qərar versələr, yaxşı olar.

Artıq üçüncü oyundur ki, hesabda öndə olduğumuz halda məğlub oluruq. Futbolçular xal qazanmaq üçün əziyyət çəkirlər, döyüşürlər. Hələ ki, idman xoşbəxtliyi bizdən yan qaçır. Güman edirəm ki, gələcəkdə daha yaxşı olar.

Bildiyiniz kimi, məşq etdiyimiz Yevlax şəhər stadionunun ot örtüyü sünidir. Süni örtüklü meydançadan gəlib təbii örtükdə oynayanda istər-istəməz əzələlərdə dartınma olur. Bu, normaldır”.

Son xəbərlər
"İnter" "Yuventus"u məğlub etdi
"Çelsi" "Milan"a şans vermədi
Nuriyev yeni komandasında oyuna çıxdı
PSJ M.Y. ilə sülh bağladı
Zidan bu kluba keçdi
Messi atasız qaldı
"Neftçi" qalib gəldi
"Arsenal" türk futbolçu ilə maraqlanır
Nilgün Avropa kubokundan medalla qayıdır
"İki il əvvəl B Seriyasında idik, indi isə Çempionlar Liqasındayıq"
"Spalletti mənim sevimli məşqçimdir"
Norveç Futbol Federasiyasının prezidenti Blatterin çağırışını cavabsız qoydu
Arauxo "Barselona"dan ayrılır
"Messini rahat buraxmalıyıq"
Rodri rəhbərliyə təzyiq göstərir - "Barselona"ya görə
"Mançester Yunayted" onu satmaq istəmir
Çalhanoğlu "İnter"də qalmaq istəyir
"Əl-Əhli" onu geri qaytarır
"Liverpul" Arauxonun transferini bitirir
"Roma"dan yarımmüdafiəçisi ilə yeni müqavilə
Alonso: "Qapıçılarımızdan çox razıyam"
Rəsmi: Gimarayeş "Arsenal"da
"Mançester Yunayted"ə 41 milyon avroluq müdafiəçi təklif olunub
Rəsmi: "Mançester Yunayted"in qapıçısı "Middlsbro"da
Millimizdən qələbə
"Vilyarreal" nümayəndələri "Sabahın ulduzları"nda
Qvardiola Rodriyə "Barselona"nı məsləhət görüb
Həmyerlimiz RMFA-nın prezidenti seçilib
Messi və Ronaldoya ölüm təhdidi
Mahmud Qurbanov milli komandanı çalışdırıcaq
DAHA ÇOX

Ən çox oxunanlar