“Komandanın hazırlığından razıyam”

“Komandanın hazırlığından razıyam”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçiriləcək oyunla bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sports.az xəbər verir ki, o, komandanın matça hazırlığından razı qaldığını deyib:

“Faydalı hazırlıq prosesi keçdik. Futbolçularla həm oyunun mental tərəfi, həm də taktiki mövzular haqqında söhbətlər apardıq. Ümumilikdə uşaqların matça köklənmələrindən və toplanış dönəmindəki hazırlıqlarından razıyam. Bundan başqa, Səttar Tahirzadəni də komandaya cəlb etdik. Ümid edirəm ki, ona debüt imkanı yaranacaq”.

Baş məşqçi səfərdə çıxış etmələrinə baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb: “Bizi motivasiyalı rəqib gözləyir. Onların bu görüşdə bütün güclərini ortaya qoyacaqlarına əminəm. Futbolçular bu məsələ ilə bağlı mənim münasibətimi yaxşı bilirlər. Biz hansısa aspektdə rəqibdən daha güclü ola və ya əksinə, müəyyən cəhətlərdə zəif görünə bilərik. Amma rəqibin kimliyindən asılı olmayaraq, qətiyyən heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”.

“Europa Point Stadium”da keçiriləcək Cəbəllütariq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Son xəbərlər
“Barselona” 3 xalı 5 qolla qazandı
Liderlər sürprizə imkan vermədilər
“İnter” darmadağına sevindi
“Bayern”dən darmadağın
“Liverpul”la “Çelsi” xal itirdi, “Arsenal” uduzdu
“Çelsi” “Mets”in hücumçusu ilə maraqlanır
“Fənərbağça” səfərdə xal itirdi
“Sabah” bəyanat yaydı
Benteke Avropa futboluna qayıda bilər
Azərbaycan boksçularından Yuqorskda 4 medal
“Borussiya”nın müdafiəçisi İspaniya nəhənginə qoşula bilər
Azərbaycan çempionatında fərdi mübarizə başa çatdı
“Zirə” və “Qarabağ”ın heç-heçəsi - VİDEO
Türkiyə nəhəngi “Liverpul”un ulduzuna görə təklif hazırlayır
“Qarabağ”la matçda qazanılan xal dəyərlidir” - Rəşad Sadıqov
“Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür”
“Tottenhem” yeni müdafiəçi ilə güclənə bilər
AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub
Yüksək Liqada növbəti turun proqramı açıqlandı
“Zirə” və “Qarabağ”dan heç-heçə
“Real” daha bir müdafiəçisi ilə yollarını ayıra bilər
PSJ “Barselona”nın ulduzunu satın almağa hazırdır, amma…
Azərbaycan millisi AÇ-yə 20 boksçu ilə qatılacaq
“Santos” Neymarla bağlı mövqeyində əmindir
Azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq cəzalandı
Fərid Qayıbov Somalinin gənclər və idman naziri ilə görüşdü
Hücumçusu “Atletiko”nu tərk edə bilər
“Real” aparıcı müdafiəçilərindən biri ilə ayrıla bilər
“Barselona”nın zədəlilərindən ikisi sıraya döndü
“Qarabağ”ın U-12 komandası beynəlxalq turnirə qələbə ilə başladı
DAHA ÇOX

Ən çox oxunanlar