Ceyhun Bayramova Napoli–Bakı Assosiasiyasının medalı təqdim olunub

Ceyhun Bayramova Napoli–Bakı Assosiasiyasının medalı təqdim olunub

Noyabrın 25-də Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Neapol şəhərində “İki Şəhər” himninin təqdim olunduğu “Görüşə doğru” tədbiri keçirilib.

Neapolda mədəni-idman dəyərləri ilə zəngin, gərgin bir günün möhürü olaraq, Napoli–Bakı Assosiasiyasının azərbaycanlı qonaqları daha sonra “Dieqo Armando Maradona Stadionu”na yollanaraq “Napoli” ilə “Qarabağ” arasında keçiriləcək oyun ərəfəsində görüşdə iştirak ediblər. Beləliklə, “Napoli və Bakı arasındakı əlaqəyə həsr olunmuş və “İki Şəhər” himninin təqdim olunduğu “Görüşə doğru” tədbiri çərçivəsində başlanan dialoq və qardaşlıq yolu ideal şəkildə davam etdirilib.

Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanovun Sportline.az-a verdiyi məlumata görə, qonaqlar stadionda “Napoli” klubunun prezidenti Aurelio De Laurentiis və “Qarabağ”ın nümayəndələri ilə görüşərək, idmanın xalqlar arasında münasibət və əməkdaşlığın qurulmasında mühüm vasitə olduğunu bir daha təsdiq ediblər.

Görüşü daha da təntənəli edən isə və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovla aparılan dialoq olub. Bu nüfuzlu şəxslər İtaliya ilə Azərbaycan, Napoli ilə Bakı arasında institusional səviyyədə münasibətlərin möhkəmlənməsində mühüm rol oynayırlar.

Napoli–Bakı Assosiasiyasının bir neçə üzvünün, o cümlədən vitse-prezident Elnur Camalxanovun iştirak etdiyi görüşdə assosiasiyanın prezidenti Cüzeppe Kanilya tərəfindən Nazir Ceyhun Bayramova və “Qarabağ” klubunun prezidenti Tahir Gözelə rəsmi şəkildə Napoli–Bakı Assosiasiyasının medalı təqdim olunub. Bu medal mədəniyyət, musiqi və idmanda kök salmış dostluğun rəmzi olmaqla yanaşı, iki şəhər və iki xalq arasında hörmət, qonaqpərvərlik və əməkdaşlıq kimi ümumi dəyərlərə əsaslanan birliyin konkret nişanəsidir.

Beləliklə, günün bağlanışı təşəbbüsün tam uğurla reallaşdığını təsdiqləyib və Napoli–Bakı Assosiasiyasının illərdir ardıcıl səylə təşviq etdiyi dialoq və qardaşlıq mesajını daha da gücləndirib. Assosiasiya Napolidə, Kampaniyada və daha geniş ərazilərdə yaşayan azərbaycanlılar üçün mühüm istinad nöqtəsi olaraq, mədəniyyət və idmanın xalqlar və millətlər arasında davamlı və səmimi körpülərin qurulmasında əsas vasitə olduğuna əminliyini bir daha ifadə edir.

Yaşasın Bakı və Azərbaycan, yaşasın Napoli və İtaliya!

Son xəbərlər
“Zirə” “Neftçi”ni belə keçdi - VİDEO
“Çalışırdıq ki, oyun penaltilərə getməsin” - Rəşad Sadıqov
“Azarkeşlərdən üzr istəyirəm” – Sənan Qurbanov
Mourinyo “Bayern”in müdafiəçisini “Benfika”ya cəlb etmək istəyir
“Zirə” və “Turan Tovuz” 1/4 finalda!
“Real”ın futbolçusu yenidən zədələndi
Rüdiger Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçəcəyini istisna etmir
Super Liqa klubunda yeni baş məşqçi
Sabirabadda “Məktəbli Kuboku”na start verildi
Estevan “Qızıl top”u qazanarsa…
“Turan Tovuz” “Şahdağ Qusar”ı belə yendi - VİDEO
Azərbaycan yığması FIFA turnirinin qalibi oldu
Qallaxer İngiltərə Premyer Liqasına qayıda bilər
“Kəpəz” əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib
“Şahdağ Qusar”la matçda az şans qazanan oyunçulara imkan yaratdım” - Berdıyev
Azərbaycan idmançılarının yeni reytinq sıralaması
“Real” “Arsenal”ın yarımmüdafiəçisi ilə maraqlanır
Təxirə salınmış oyunun vaxtı açıqlandı
“Xankəndi” darmadağınla qalib gəldi
Premyer Liqanın 14-cü turu rəqəmlərin gözü ilə
“Liverpul” “Real”ın yarımmüdafiəçisini satın almağa hazırdır
Derbidə “Qalatasaray”ın futbolçusunun üzünə alışqan atan azarkeş saxlanıldı
Türkiyə millisinin sabiq üzvü saxlanıldı
Milli Paralimpiya Komitəsindən yeni anlaşma
“Barselona” Rafinyaya əvəz tapdı
Yüksək Liqada 9-cu turun təyinatları açıqlandı
Fuad Ağayevə CEV-dən yeni təyinat
Boksçularımız neft ölkələri arasında Dünya kubokunda
“Real”ın sükanı arxasına yeganə namizəd var
“Çelsi” braziliyalı məşhur futbolçunun oğlu ilə peşəkar müqavilə bağladı
DAHA ÇOX

Ən çox oxunanlar