Ceyhun Bayramova Napoli–Bakı Assosiasiyasının medalı təqdim olunub

Ceyhun Bayramova Napoli–Bakı Assosiasiyasının medalı təqdim olunub

Noyabrın 25-də Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Neapol şəhərində “İki Şəhər” himninin təqdim olunduğu “Görüşə doğru” tədbiri keçirilib.

Neapolda mədəni-idman dəyərləri ilə zəngin, gərgin bir günün möhürü olaraq, Napoli–Bakı Assosiasiyasının azərbaycanlı qonaqları daha sonra “Dieqo Armando Maradona Stadionu”na yollanaraq “Napoli” ilə “Qarabağ” arasında keçiriləcək oyun ərəfəsində görüşdə iştirak ediblər. Beləliklə, “Napoli və Bakı arasındakı əlaqəyə həsr olunmuş və “İki Şəhər” himninin təqdim olunduğu “Görüşə doğru” tədbiri çərçivəsində başlanan dialoq və qardaşlıq yolu ideal şəkildə davam etdirilib.

Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanovun Sportline.az-a verdiyi məlumata görə, qonaqlar stadionda “Napoli” klubunun prezidenti Aurelio De Laurentiis və “Qarabağ”ın nümayəndələri ilə görüşərək, idmanın xalqlar arasında münasibət və əməkdaşlığın qurulmasında mühüm vasitə olduğunu bir daha təsdiq ediblər.

Görüşü daha da təntənəli edən isə və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovla aparılan dialoq olub. Bu nüfuzlu şəxslər İtaliya ilə Azərbaycan, Napoli ilə Bakı arasında institusional səviyyədə münasibətlərin möhkəmlənməsində mühüm rol oynayırlar.

Napoli–Bakı Assosiasiyasının bir neçə üzvünün, o cümlədən vitse-prezident Elnur Camalxanovun iştirak etdiyi görüşdə assosiasiyanın prezidenti Cüzeppe Kanilya tərəfindən Nazir Ceyhun Bayramova və “Qarabağ” klubunun prezidenti Tahir Gözelə rəsmi şəkildə Napoli–Bakı Assosiasiyasının medalı təqdim olunub. Bu medal mədəniyyət, musiqi və idmanda kök salmış dostluğun rəmzi olmaqla yanaşı, iki şəhər və iki xalq arasında hörmət, qonaqpərvərlik və əməkdaşlıq kimi ümumi dəyərlərə əsaslanan birliyin konkret nişanəsidir.

Beləliklə, günün bağlanışı təşəbbüsün tam uğurla reallaşdığını təsdiqləyib və Napoli–Bakı Assosiasiyasının illərdir ardıcıl səylə təşviq etdiyi dialoq və qardaşlıq mesajını daha da gücləndirib. Assosiasiya Napolidə, Kampaniyada və daha geniş ərazilərdə yaşayan azərbaycanlılar üçün mühüm istinad nöqtəsi olaraq, mədəniyyət və idmanın xalqlar və millətlər arasında davamlı və səmimi körpülərin qurulmasında əsas vasitə olduğuna əminliyini bir daha ifadə edir.

Yaşasın Bakı və Azərbaycan, yaşasın Napoli və İtaliya!

Son xəbərlər
"Ölkəmizə göstərilən dəstəyi hiss etdik" - "Dinamo Kiyev"in baş məşqçisi
"Oyuna ciddi hazırlaşmışıq" - Ponomarenko
"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu
Qitənin ən güclüsü Zalsburqda müəyyənləşəcək
"Qarabağ"la oyuna hansı heyətlə?
"Sabah" böyük qazanc əldə edə bilər
Çempionlar Liqasının bütün pley-off cütləri
"Tərəkəmə" ilə gəldilər, "Vağzalı" ilə...
AFFA məşqçilər kursu keçirir
"Sabah"ı təbrik edirəm" - Qurban Qurbanov
"Komanda yox, klub qurmaq istəyirik" - Maksud Adığözəlov
Konfrans Liqasında pley-offa adlayan komandalar bilinəcək
"Sabah" Çempionlar Liqasında növbəti ev oyununu harda keçirəcək?
"Sabah" UEFA reytinqinə necə təsir etdi?
UEFA Superkubokunun finalı hansı kanalda? -Teleproqram
Klublarımızın ən son transferləri
"Turan Tovuz"un biletləri satışda
"4 qol buraxmağı gözləmirdik"
"İberiya" tarix yazdı
"Fənərbağça" növbəti mərhələdə
"Sabah"ın pley-offdakı rəqibi bilindi
CSKA 1948 mübarizəni dayandırdı
"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas
"Sabah" möhtəşəm qələbə ilə pley-offda!
"Yuventus" ukraynalı 2 qapıçı arasında seçim edir
"Bayern" Premyer Liqanın bombardirinə göz dikib
"Neftçi"dən yeni transfer
"Sevilya" İsveç çempionatının bombardirini aldı
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir
"Nottingem Forest" 40 milyon avroya müdafiəçi aldı
DAHA ÇOX

Ən çox oxunanlar