Azərbaycan futbolu
“Şahdağ Qusar”la matçda az şans qazanan oyunçulara imkan yaratdım” - Berdıyev

02.12.2025 | 18:30
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara özlərini göstərmək üçün imkan yaradıb.
Sports.az xəbər verir ki, mütəxəssis bunu oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı məşqçi kubok matçarının gərgin keçdiyini deyib:
"Ümumiyyətlə kubok oyunları gərgin keçir. Bu gün bir daha buna şahid olduq. Bu oyunda əsasən az şans qazanan oyunçulara özlərini göstərmək üçün imkan verdik".
Qarşılaşma Tovuz komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Son xəbərlər





























