“Qadın futbolu üçün bayram idi” - Siyasət Əsgərov

“Qadın futbolu üçün bayram idi” - Siyasət Əsgərov

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Banqladeşin paytaxtı Dəkkədə təşkil olunan “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində yerli komanda (2:1) ilə keçirilən oyundan sonra fikirlərini bildirib:

Sports.az xəbər verir ki, o, bunları söyləyib:

“Belə bir turnirin təşkilatçılığına görə, Banqladeş tərəfinə təşəkkürümü bildirirəm. Buranın insanları da bizi gözəl qarşıladılar.
O ki qaldı oyuna, rəqibimiz kifayət qədər güclü idi. Fikrimcə, onlar ilk matçda Malayziyanı məğlub etməli idilər. Həmin görüşdə bir səhv həlledici olmuşdu. Banqladeş yığması bizimlə matça da yaxşı hazırlaşmışdı, qələbə qazanmaq istəyirdi. İlk 15 dəqiqədə meydançanın hər yerində təzyiq etdilər, bizə çətin anlar yaşatdılar. Özünəməxsus əks-hücum futbolu ilə seçilən kollektivdir. Oyunda da bunu göstərdilər. Hesabı açsaq da, çox keçmədən qapımızda qol gördük. Çünki rəqib fərqlənmək üçün hər şey edirdi. İkinci hissədə isə daha yaxşı çıxış etdilər. Ancaq müdafiəçilərimiz uğurlu performans ortaya qoyaraq, rəqibin hücumlarının qarşısını aldılar. Oyun planın dəyişikliyə getdik, əvəzetməyə əl atdıq. Bunun da xeyrini gördük. Düşünürəm ki, hər iki komanda maraqlı oyun göstərdi və stadiona gələn azarkeşlər peşman olmadılar. Qadın futbolu üçün bayram idi. Bu bayramdan həm Banqladeş Futbol Federasiyası, həm də AFFA nələrsə qazandı”.

Qeyd edək ki, Malayziya (2:0) və Banqladeş (2:1) yığmaları üzərində qələbə qazanan millimiz “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Son xəbərlər
Hidayət Heydərov Olimpiya Təlim Düşərgəsində
"Ölkəmizə göstərilən dəstəyi hiss etdik" - "Dinamo Kiyev"in baş məşqçisi
"Oyuna ciddi hazırlaşmışıq" - Ponomarenko
"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu
Qitənin ən güclüsü Zalsburqda müəyyənləşəcək
"Qarabağ"la oyuna hansı heyətlə?
"Sabah" böyük qazanc əldə edə bilər
Çempionlar Liqasının bütün pley-off cütləri
"Tərəkəmə" ilə gəldilər, "Vağzalı" ilə...
AFFA məşqçilər kursu keçirir
"Sabah"ı təbrik edirəm" - Qurban Qurbanov
"Komanda yox, klub qurmaq istəyirik" - Maksud Adığözəlov
Konfrans Liqasında pley-offa adlayan komandalar bilinəcək
"Sabah" Çempionlar Liqasında növbəti ev oyununu harda keçirəcək?
"Sabah" UEFA reytinqinə necə təsir etdi?
UEFA Superkubokunun finalı hansı kanalda? -Teleproqram
Klublarımızın ən son transferləri
"Turan Tovuz"un biletləri satışda
"4 qol buraxmağı gözləmirdik"
"İberiya" tarix yazdı
"Fənərbağça" növbəti mərhələdə
"Sabah"ın pley-offdakı rəqibi bilindi
CSKA 1948 mübarizəni dayandırdı
"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas
"Sabah" möhtəşəm qələbə ilə pley-offda!
"Yuventus" ukraynalı 2 qapıçı arasında seçim edir
"Bayern" Premyer Liqanın bombardirinə göz dikib
"Neftçi"dən yeni transfer
"Sevilya" İsveç çempionatının bombardirini aldı
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir
DAHA ÇOX

Ən çox oxunanlar