“Hamımız milliyə hörmət etməliyik” - Ayxan Abbasov

“Hamımız milliyə hörmət etməliyik” - Ayxan Abbasov

"Şamaxı" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Baku Sportinq"i 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Sports.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. I Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv olduq. Gəncləri, az oynayan futbolçuları görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. "Sumqayıt"la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq.

Qələbəyə əmin deyildik. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda yadıma gəlmir hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi.

Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynadın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik.

Növbəti mərhələdə rəqibimizin "Qarabağ" yox, "Karvan-Yevlax" olmasını istəyərdim”.

Son xəbərlər
"İnter" "Yuventus"u məğlub etdi
"Çelsi" "Milan"a şans vermədi
Nuriyev yeni komandasında oyuna çıxdı
PSJ M.Y. ilə sülh bağladı
Zidan bu kluba keçdi
Messi atasız qaldı
"Neftçi" qalib gəldi
"Arsenal" türk futbolçu ilə maraqlanır
Nilgün Avropa kubokundan medalla qayıdır
"İki il əvvəl B Seriyasında idik, indi isə Çempionlar Liqasındayıq"
"Spalletti mənim sevimli məşqçimdir"
Norveç Futbol Federasiyasının prezidenti Blatterin çağırışını cavabsız qoydu
Arauxo "Barselona"dan ayrılır
"Messini rahat buraxmalıyıq"
Rodri rəhbərliyə təzyiq göstərir - "Barselona"ya görə
"Mançester Yunayted" onu satmaq istəmir
Çalhanoğlu "İnter"də qalmaq istəyir
"Əl-Əhli" onu geri qaytarır
"Liverpul" Arauxonun transferini bitirir
"Roma"dan yarımmüdafiəçisi ilə yeni müqavilə
Alonso: "Qapıçılarımızdan çox razıyam"
Rəsmi: Gimarayeş "Arsenal"da
"Mançester Yunayted"ə 41 milyon avroluq müdafiəçi təklif olunub
Rəsmi: "Mançester Yunayted"in qapıçısı "Middlsbro"da
Millimizdən qələbə
"Vilyarreal" nümayəndələri "Sabahın ulduzları"nda
Qvardiola Rodriyə "Barselona"nı məsləhət görüb
Həmyerlimiz RMFA-nın prezidenti seçilib
Messi və Ronaldoya ölüm təhdidi
Mahmud Qurbanov milli komandanı çalışdırıcaq
DAHA ÇOX

Ən çox oxunanlar