“Qarabağ”la matçda qazanılan xal dəyərlidir” - Rəşad Sadıqov

“Qarabağ”la matçda qazanılan xal dəyərlidir” - Rəşad Sadıqov

“Oyun bizim üçün qola qədər daha rahat gedirdi. Amma sonra "Qarabağ" sürəti artırdı”.

Sports.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı heç-heçə ilə yekunlaşan matçı şərh edərkən deyib.

Mütəxəssis matçın olduqca ağır keçdiyini, rəqibin təzyiqini bir daha hiss etdiklərini və "Ayaks"la oyun öncəsi "Qarabağ"ın öz gücünü  daha da artırdığını vurğulayıb. O, taktiki olaraq rəqib təzyiqinə dözməyə çalışdıqlarını və qol epizodlarına görə heç-heçənin ədalətli olduğunu bildirib: 

"Qarabağ"la matçda qazanılan xal dəyərlidir. Onlara qarşı mübarizə aparmaq çox çətindir. "Neftçi" ilə kubok oyunundakı 120 dəqiqəlik mübarizədən sonra futbolçularımın əzmkarlığı təqdirəlayiqdir. Belə də davam etməliyik".

Sadıqov hücumdakı problemləri Brahim Konate və Davit Volkovun yoxluğu, digər oyunçuların isə yorğunluğu ilə əlaqələndirib. O, Abdullah Zubirin epizodunda hakimdən qırmızı vərəqə tələb etməsi ilə bağlı suala isə belə aydınlıq gətirib:

“Yəqin ki, gördünüz, 4-cü hakimə yaxınlaşdım. Onunla yarızarafat, yarıciddi danışırdım, yüngül təzyiq göstərirdim (gülür). Aramızda ciddi dialoq olmadı”.

Son xəbərlər
“Milan”ın hücumçusunun xidməti İngiltərə klublarına təklif edildi
“Karvan-Yevlax” “Şamaxı”ya qarşı
“Barselona” 3 xalı 5 qolla qazandı
Liderlər sürprizə imkan vermədilər
“İnter” darmadağına sevindi
“Bayern”dən darmadağın
“Liverpul”la “Çelsi” xal itirdi, “Arsenal” uduzdu
“Çelsi” “Mets”in hücumçusu ilə maraqlanır
“Fənərbağça” səfərdə xal itirdi
“Sabah” bəyanat yaydı
Benteke Avropa futboluna qayıda bilər
Azərbaycan boksçularından Yuqorskda 4 medal
“Borussiya”nın müdafiəçisi İspaniya nəhənginə qoşula bilər
Azərbaycan çempionatında fərdi mübarizə başa çatdı
“Zirə” və “Qarabağ”ın heç-heçəsi - VİDEO
Türkiyə nəhəngi “Liverpul”un ulduzuna görə təklif hazırlayır
“Qarabağ”la matçda qazanılan xal dəyərlidir” - Rəşad Sadıqov
“Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür”
“Tottenhem” yeni müdafiəçi ilə güclənə bilər
AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub
Yüksək Liqada növbəti turun proqramı açıqlandı
“Zirə” və “Qarabağ”dan heç-heçə
“Real” daha bir müdafiəçisi ilə yollarını ayıra bilər
PSJ “Barselona”nın ulduzunu satın almağa hazırdır, amma…
Azərbaycan millisi AÇ-yə 20 boksçu ilə qatılacaq
“Santos” Neymarla bağlı mövqeyində əmindir
Azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq cəzalandı
Fərid Qayıbov Somalinin gənclər və idman naziri ilə görüşdü
Hücumçusu “Atletiko”nu tərk edə bilər
“Real” aparıcı müdafiəçilərindən biri ilə ayrıla bilər
DAHA ÇOX

Ən çox oxunanlar