“Sabah” bəyanat yaydı

“Sabah” bəyanat yaydı

Bu gün “Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olub.

Sports.az xəbər verir ki, həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmayıb.

Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlib. 

“Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir. Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir. Lakin Komitənin bu norma ilə bağlı şərhi həmin normanı öz mənasından tamamilə məhrum etmişdir.

İkincisi, Komitə futbolçu ilə klub arasında bağlanmış müqavilədə qeyd edilən, futbolçunun yalnız əsas komandada deyil, hər hansı komandada (həm birinci, həm də ikinci komandada) çıxış edə bilməsini nəzərdə tutan əsas müddəasını düzgün şəkildə dəyərləndirməmişdir.

Əgər futbolçunun əvəzedici komandaya göndərilməsi müqavilə ilə tənzimlənirsə, əsas və ikinci komandada hansı oyunçuların çıxış edəcəyinə dair yeganə qərar vermək səlahiyyəti kluba və onun məşqçi heyətinə məxsusdur. Bu məsələdə məşqçi heyətinin səlahiyyəti məhdudlaşdırıla bilməz. Beləliklə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasının qeyri-qanuni olması barədə arqument hüquqi baxımdan qəbul edilə bilməz.

Bununla belə, Komitə heç bir hüquqi əsas olmadan futbolçunun hansı komandada çıxış etməli olduğuna məşqçi heyətinin deyil, Komitənin qərar verə biləcəyi kimi təhlükəli presedent yaradır.

Komitənin qərarı yekun xarakter daşımır və “Sabah” FK bu qanunsuz, əsassız, qeyri-obyektiv və ədalətsiz qərardan şikayət etmək üçün  bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəkdir”.

Son xəbərlər
“Milan”ın hücumçusunun xidməti İngiltərə klublarına təklif edildi
“Karvan-Yevlax” “Şamaxı”ya qarşı
“Barselona” 3 xalı 5 qolla qazandı
Liderlər sürprizə imkan vermədilər
“İnter” darmadağına sevindi
“Bayern”dən darmadağın
“Liverpul”la “Çelsi” xal itirdi, “Arsenal” uduzdu
“Çelsi” “Mets”in hücumçusu ilə maraqlanır
“Fənərbağça” səfərdə xal itirdi
“Sabah” bəyanat yaydı
Benteke Avropa futboluna qayıda bilər
Azərbaycan boksçularından Yuqorskda 4 medal
“Borussiya”nın müdafiəçisi İspaniya nəhənginə qoşula bilər
Azərbaycan çempionatında fərdi mübarizə başa çatdı
“Zirə” və “Qarabağ”ın heç-heçəsi - VİDEO
Türkiyə nəhəngi “Liverpul”un ulduzuna görə təklif hazırlayır
“Qarabağ”la matçda qazanılan xal dəyərlidir” - Rəşad Sadıqov
“Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür”
“Tottenhem” yeni müdafiəçi ilə güclənə bilər
AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub
Yüksək Liqada növbəti turun proqramı açıqlandı
“Zirə” və “Qarabağ”dan heç-heçə
“Real” daha bir müdafiəçisi ilə yollarını ayıra bilər
PSJ “Barselona”nın ulduzunu satın almağa hazırdır, amma…
Azərbaycan millisi AÇ-yə 20 boksçu ilə qatılacaq
“Santos” Neymarla bağlı mövqeyində əmindir
Azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq cəzalandı
Fərid Qayıbov Somalinin gənclər və idman naziri ilə görüşdü
Hücumçusu “Atletiko”nu tərk edə bilər
“Real” aparıcı müdafiəçilərindən biri ilə ayrıla bilər
DAHA ÇOX

Ən çox oxunanlar