AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

AFFA rəhbərliyinin bölgələrə səfəri davam edir.

Sports.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfəri çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.

Səfər Biləsuvar və Cəlilabadda başlayıb. AFFA rəsmiləri orada Olimpiya İdman Komplekslərini və yerli stadionları yoxlayaraq mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.

Daha sonra Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkilib. AFFA nümayəndələri Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarışı izləyiblər. AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə olunub. Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra faydalı görüşlər keçirilib.

Cənub turu Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona aparılan baxışlarla davam edib.

Səfərin sonunda AFFA rəsmiləri Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olublar.

Son xəbərlər
“Arsenal” oyunçusunu “Mançester Siti”yə buraxmadı
“Liverpul”da baş məşqçi dəyişikliyi baş verə bilər
Lautaro Martines “Komo” üzərində qələbəni şərh etdi
Azərbaycan çempionatı başa çatıb
“Məqsədim Vüqar Həşimov Memorialında qaliblər sırasında yer almaqdır”
Lando Norris ilk dəfə Formula 1 üzrə dünya çempionu oldu
Azərbaycan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
“Qaradağ Lökbatan” səfərdə qələbə qazandı
“Neftçi” və “Zirə”nin əvəzedicilərindən qələbə
“Real”ın mərakeşli ulduzu Səudiyyə Ərəbistanına yollana bilər
“Qış fasiləsində mütləq güclənməliyik” – Füzuli Məmmədov
“Şamaxı”dan darmadağın - VİDEO
“Gözlədiyimiz kimi maraqlı və gərgin oyun alındı”
“Karvan-Yevlax” “Şamaxı”ya böyük hesabla uduzdu
Qehinin hansı kluba keçmək istədiyi məlum oldu
“Atletiko”nun hücumçusu A Seriyasına qayıda bilər
Millimiz beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazandı
“Real”ın qarşıdakı qış transfer pəncərəsinə planı məlum oldu
2-ci Liqada 12-ci turun təyinatları açıqlandı
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
“Barselona” Arauxoya əvəz gətirir
Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurdular
Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu oldu
London nəhəngləri Raşfordla maraqlanırlar
Günün oyunları – TV
MS “Real”ın ulduzu ilə bağlı qərar verdi
“Nyukasl” “Palmeyras”ın gənc ulduzunu satın ala bilər
“Liverpul”un müdafiəçisi tezliklə sıraya qayıdacaq
“Maynts” yeni baş məşqçi tapıb
Keyn həmvətənini “Bayern”ə səslədi
DAHA ÇOX

Ən çox oxunanlar