“Ayaks” “Qarabağ”la oyuna ciddi hazırlaşıb” - Qurban Qurbanov

“Ayaks” “Qarabağ”la oyuna ciddi hazırlaşıb” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşamaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar. Var gücləri ilə kökləniblər. İstəkli oynamaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq".

Q.Qurbanov rəqibin hazırkı durumu barədə danışıb:

"Ən təhlükəli olan budur. İstənilən komandanın xalı olmaya bilər. Bizə qarşı da müəyyən fikirlər var idi. Amma bu gün xeyli xal toplamışıq. Hər komandaya qarşı müxtəlif fikirlər olub. Başqa nüanslara fikir vermirik. Qarşımızda "Ayaks" var".

O, Niderland mətbuatında favorit kimi göstərilmələrinə toxunub:

"Buna ancaq sevinə bilərəm. Öz oyunumuzla, nəticələrimizlə bunu haqq etmişik. Bunun sabahkı matça təsiri olmamalıdır. Bizi dəyərləndirmələri, güvənmələri sevindirici haldır".

Mütəxəssis rəqibin matçın gedişində sistemi dəyişdiyini vurğulayıb:

"Buna görə futbolçular diqqətli olmalıdırlar. Sistemdə dəyişiklik olsa, tez zamanda hiss etməlidirlər".

Qurbanov cari mövsüm Çempionlar Liqasının əsas mərhələsində uğurlu çıxışa da toxunub:

"Bu çox yaxşı nəticədir. Dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək istəyirik. Bu gündək olan nəticələrdən, futbolçularımdan çox razıyam. Daha keyfiyyətli kollektiv olmaq üçün yenə nəticə qazanmaq lazımdır".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Son xəbərlər
"Gəncədə bizi nəyin gözlədiyini bilirik" - Rəşad Sadıqov
Millimizin üzvü Belçikadan təklif alıb?
Cüdo millimizdən rekord nəticə
Palmerlə müqavilə uzadıldı
"Turan Tovuz" 3 xalı 1 qolla qazandı
Daha bir boksçumuz qitə çempionu oldu
Ronaldo millidən kənarlaşdırıldı
"Neftçi" gərgin mübarizədə "Ordu"nu uddu -ABL-də turun nəticələri
"Kür" EHF Avropa Kubokunda mərhələ adladı
"Qarabağ" "İmişli"ni məğlub etdi
"Real"dan qələbə, "Barselona"dan darmadağın
Messi və Suares qocalmaq bilmir
Cəmilə Muradlı Avropa çempionu oldu
"Mançester Yunayted"dən uğursuz start
"İmişli" - "Qarabağ": Heyətlər
"Fənərbağça"dan inamlı səfər qələbəsi
Mingəçevirdə avrokubokun cavab matçı keçiriləcək
1000-ci oyuna aparan yol
"Qarabağ" bu gün 1000-ci oyununa çıxacaq
"Liverpul" - "Mançester Siti" oyunu hansı telekanalda -TV Proqram
"Slaviya" bu oteldə məskunlaşacaq
1000-ə nə qaldı?
"Qaradəniz derbisi" "Trabzonspor"un
"Çelsi"dən darmadağın
Mahir Emrelinin komandası uduza-uduza gedir
"Gəncəbasar" itkisiz irəliləyir
"Kür" APOEL-i darmadağın etdi
Zirədə sülh, Sumqayıtda darmadağın
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub
Cüdo üzrə dünya çempionatında daha 2 medal
DAHA ÇOX

Ən çox oxunanlar