“Ayaks”la matçda azarkeşləri sevindirmək istəyirik” – Mateus Silva

“Ayaks”la matçda azarkeşləri sevindirmək istəyirik” – Mateus Silva

"Qarabağ" "Ayaks"la oyunda azarkeşləri sevindirmək istəyir.

Sports.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin futbolçusu Mateus Silva mətbuat konfransında deyib.

O, Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizi ciddi oyun gözləyir. Hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Oyun fəlsəfəmiz və məşqçinin bizdən istəyi bəllidir. Doğma meydanda azarkeşləri sevindirmək istəyirik".

Braziliyalı müdafiəçi öz oyunu haqqında danışıb:

"Düşünürəm ki, belə turnirdə uğurlu nəticə əldə etmək üçün bütün komanda yoldaşlarım səy göstərir. Sabah mən də onlarla birlikdə əlimizdən gələni edəcəyik. Həyəcanlı deyilik. Bütün matçlara necə hazırlaşırıqsa, indi də elə etmişik".

M.Silva ötən mövsüm bu rəqibə uduzduqları görüşü xatırlayıb:

"Böyük hesabla məğlub olmuşduq. Bu dəfə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Son xəbərlər
50-ci ev qələbəsi
1/8 finalın bütün iştirakçıları müəyyənləşdi
Bu gün 13-cü turun oyunları keçiriləcək
Mbappe Arbeloadan narazıdır?
17-ci tura start verilir
Günün oyunları – TV
“Real” kapitanına şübhə ilə baxır
Kasorla La Liqa və Premyer Liqa arasında müqayisə apardı
Qranero Arbeloanın “Real”dakı işini qiymətləndirdi
Runidən “Tottenhem” açıqlaması
Qvardiola “şəhərlilər”in kapitanı haqda söhbət açdı
“Karrik çox şeyi dəyişdi”
“Çelsi” və MS “Bayern”in hücumçusu ilə maraqlanırlar
“Frayburq” yarımfinalda
“Napoli” 1/4 finalda dayandı
“Tottenhem” uduzdu, “Çelsi” və “Mançester Yunayted” xal itirdi
Van Deyk “Mançester Siti”yə məğlubiyyəti şərh etdi
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında 13-cü oldu
“İnter” “Sassuolo”nun müdafiəçisi ilə maraqlanır
Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
Azərbaycan çempionatının ilk medalçıları bəlli oldu
“Bu, çox yaxşı göstəricidir” - Piriç
“Tottenhem” “Milan”ın hücumçusu ilə maraqlanır
“Harda yazılıb ki, “Qarabağ”la oyunumuz təxirə salınıb?” - Vernidub
“Nəticə oyuna görə olmadı” – “Qəbələ”nin məşqçisi
“Yuventus” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
"Neftçi" və "Qarabağ"dan qələbə
“Şaxtyor”un yetirməsi “Turan Tovuz”da
Daha 5 çəkidə finalçılar müəyyənləşdi
DAHA ÇOX

Ən çox oxunanlar