“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov

“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov

"Şamaxı" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

Sports.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

- Avrokubok zonasına yaxınsınız. Belə hədəf var?
- Avrokuboklara oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda avrokubok üçün büdcə lazımdır.

- Msanqa Afrika Millətlər Liqasında oynayacaq...
- Msanqa Serbiya I Liqasından gəlib. Bir həftə onu ələ salanlar olmuşdu. Deyirdilər, "Şamaxı" Tanzaniyadan futbolçu gətirib. Amma indi milliyə də dəvət alır, özünü doğruldur. Bu gün qol vurub getməsi də daha sevindirir.

- Premyer Liqada qalmağı təmin etmisiz?
- 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik. (Sportal)

Son xəbərlər
Premyer Liqada 100-cü oyun
MYS Kazemiroya əvəz tapıb
“Qəbələ” Sissokonu transfer etdi
“Turan Tovuz” 30-cu oldu
Son 13 ilin rekordu
“Tottenhem” Kolo Muani ilə bağlı qərar qəbul etdi
50-ci ev qələbəsi
1/8 finalın bütün iştirakçıları müəyyənləşdi
Bu gün 13-cü turun oyunları keçiriləcək
Mbappe Arbeloadan narazıdır?
17-ci tura start verilir
Günün oyunları – TV
“Real” kapitanına şübhə ilə baxır
Kasorla La Liqa və Premyer Liqa arasında müqayisə apardı
Qranero Arbeloanın “Real”dakı işini qiymətləndirdi
Runidən “Tottenhem” açıqlaması
Qvardiola “şəhərlilər”in kapitanı haqda söhbət açdı
“Karrik çox şeyi dəyişdi”
“Çelsi” və MS “Bayern”in hücumçusu ilə maraqlanırlar
“Frayburq” yarımfinalda
“Napoli” 1/4 finalda dayandı
“Tottenhem” uduzdu, “Çelsi” və “Mançester Yunayted” xal itirdi
Van Deyk “Mançester Siti”yə məğlubiyyəti şərh etdi
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında 13-cü oldu
“İnter” “Sassuolo”nun müdafiəçisi ilə maraqlanır
Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
Azərbaycan çempionatının ilk medalçıları bəlli oldu
“Bu, çox yaxşı göstəricidir” - Piriç
“Tottenhem” “Milan”ın hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar