“Qarabağ” Avropanın ən güclüləri ilə eyni səviyyədə mübarizə apara bilər”

“Qarabağ” Avropanın ən güclüləri ilə eyni səviyyədə mübarizə apara bilər”

"Qarabağ" Avropanın ən güclü komandaları ilə eyni səviyyədə mübarizə apara bilər.

Sports.az xəbər verir ki, bunu klubun prezidenti Tahir Gözəl açıqlamasında deyib.

Klub rəhbəri "Qarabağ"ın Avropanın ən güclüləri ilə eyni səviyyədə oynamaq gücünə malik olduğunu söyləyib:

"Klublararası dünya çempionu olmuş İngiltərə nəhəngi "Çelsi" ilə aparılan möhtəşəm, nəfəs kəsən və qürurverici mübarizə isə bir daha göstərdi ki, "Qarabağ" Avropanın ən güclüləri ilə eyni səviyyədə dayanmaq gücünə malikdir. Qazanılan hər xal, yaşadılan hər an milyonlarla azarkeşimizin ürəyində silinməz iz buraxdı. Bu uğurlar təsadüf deyil. Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunun nüfuzunu qorudu və onu daha da yüksəklərə daşıdı".

O, komandanın ortaya xarakter qoyduğunu bildirib:

"Arxada qoyduğumuz il futbol meydanlarında sevincdən göz yaşlarına, qürurdan həyəcan dolu anlara qədər saysız-hesabsız unudulmaz xatirələrlə yadda qaldı. "Qarabağ" 2025-ci ildə də yalnız nəticələrlə deyil, ortaya qoyduğu xarakter, sarsılmaz iradə və qələbə ruhu ilə öz adını bir daha zirvələrə yazdırdı. 2024/25 mövsümünü böyük uğur və inamla başa vuran komandamız 12-ci dəfə Azərbaycan çempionu olaraq ölkə futbolundakı liderliyini bir daha təsdiqlədi və UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən növbəti tarixi yürüşünə başladı".

Prezident Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasındakı çıxışına toxunub:

"Təsnifat mərhələlərində meydanda nümayiş etdirilən hər oyun, hər mübarizə və hər son fitə qədər davam edən əzm bizi ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıdı. "Benfika", "Kopenhagen" kimi Avropanın nəhəng klubları üzərində qazanılan qələbələr təkcə xallar deyil, bütün Azərbaycan futbolu üçün qürur mənbəyinə çevrildi. "Qarabağ" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan Azərbaycan təmsilçisi kimi adını futbol tariximizin qızıl səhifələrinə yazdırdı".

O, azarkeşlərin dəstəyini də xüsusi qeyd edib:

"Azarkeşlərimizin sarsılmaz sevgisi və dəstəyi, futbolçularımızın meydandakı qətiyyəti, klubumuzda hökm sürən birlik və ailə ruhu 2025-ci ilin ən böyük qələbəsi, ən dəyərli qazancı oldu. Biz bu birliklə, bu inamla və bu qürurla qarşıdakı illərdə daha böyük hədəflərə, daha uca zirvələrə doğru yolumuza davam edəcəyik. Çünki bu yolun adı "Qarabağ"dır və bu hekayə hələ yeni başlayır".

Prezident qarşıdakı ildə daha böyük nailiyyətlər əldə edəcəklərinə inanır:

"Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün həm dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyini və həmrəyliyini ifadə edir, həm də yeni ilin astanasında hər birimiz üçün yeni ümidlər, yeni hədəflər yaradır. Xüsusilə ölkəmizin inkişafı və idman sahəsində, o cümlədən komandamızın uğurlarında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin dəstəyi danılmazdır və bizə böyük ruh yüksəkliyi verir. Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevi də səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayıram. İnanıram ki, qarşıdakı ildə də birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Komandamız öz üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücü ilə çalışacaq və xalqımıza yeni-yeni sevinclər, qürurverici anlar bəxş edəcək. Qoy 2026-cı il hər bir azərbaycanlı üçün uğurlu, bərəkətli və yaddaqalan olsun".

Son xəbərlər
Tanınmış məşqçiyə ağır itki üz verdi
“Kəpəz” gürcüstanlı futbolçunu transfer etdi
Ayxan Abbasov Antalyada Renat Dadaşovla görüşdü
“Aston Villa”nın hücumçusu “Roma”ya keçəcək
Hakimlərimizin Türkiyə toplanışına start verildi
Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi
“Mançester Siti” Mark Qehi ilə bağlı qərar qəbul etdi
İngiltərə kubokunda 1/16 finalın püşkü atıldı
Qələbə faizinə görə “Real”ın ən yaxşı altıncı baş məşqçisi
“Əl-İttihad” ulduz hücumçusuna yeni müqavilə təklif etdi
“Sabah”ın futbolçusu "Karvan-Yevlax”da
“Səbail”də yeni hücumçu
Keçmiş məşqçisi “Real”a qayıtmağa hazırdır
PSJ-nin sabiq müdafiəçisi peşəkar futbolla vidalaşdı
“Yeni transferlərin işə yanaşmasından razıyıq” - Sxadadze
Almaniya klubundan “Nant”a
Mançester Siti”ni hücumçusu tərk edə bilər
“Karvan-Yevlax” iki məşqçisi ilə yollarını ayırdı
PSJ-dən antirekord
Yüksək Liqada 9-cu turun növbəti oyunu keçiriləcək
“Mançester Yunayted” yeni baş məşqçi seçdi
"Neftçi" Misir komandası ilə üz-üzə
Millimizin Danimarka ilə oyunlarının başlama saatı məlum oldu
Azərbaycan Kubokunda mövsümə start verilir
“Bizim üçün məğlub olmamaq vacib idi”
Spalletti “Yuventus”u qiymətləndirdi
Günün oyunları – TV
“Real” üzərində qələbə həmişə vacib hadisədir”
“Mançester Yunayted” “Real”ın keçmiş məşqçisi ilə maraqlanır
Kapello “Milan”ın çətinliklərindən danışdı
DAHA ÇOX

Ən çox oxunanlar