Azərbaycan futbolu
“Karvan-Yevlax” “Səbail”in futbolçusunu icarəyə götürdü

13.01.2026 | 19:20
1-ci Liqa təmsilçisi "Səbail"in müdafiəçisi Emin Rüstəmov "Karvan-Yevlax" klubuna icarəyə verilib.
Sports.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
Futbolçu cari mövsümün sonuna qədər Premyer Liqa kollektivində çıxış edəcək.
U-21 millisinin də formasının geyinən 21 yaşlı oyunçu bu mövsüm "Səbail"in heyətində 12 turda 9 dəfə meydana çıxıb.
Son xəbərlər





























