“Dodo mənə “Qəbələ” haqqında çox danışmışdı”

“Dodo mənə “Qəbələ” haqqında çox danışmışdı”

Seydina Keytanın "Qəbələ"yə gəlişində komandanın sabiq futbolçusu Dodonun da rolu oub.

Sports.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi bunu klubun rəsmi saytına açıqlamasında deyib.

O, komandaya uyğunlaşma prosesi, Azərbaycan futbolu haqqında məlumatları və hədəfləri barədə danışıb:

"İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədər Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür".

Təcrübəli futbolçu Azərbaycan futboluna bələd olduğundan və "Qəbələ"nin sabiq oyunçusu Dodo ilə dostluq münasibətlərindən söz açıb:

"Azərbaycan futbolu barədə məlumatım var idi. ‘Qarabağ"ın, demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. ‘Qəbələ" haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın ‘Liepaya" klubunda bir yerdə çıxış etmişik. Dodo ‘Qəbələ" haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Düzü, ‘Qəbələ"dən təklif gələndə bunu Dodo ilə müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə ‘Qəbələ" haqqında çox şey danışmışdı. Həmçinin Dodonun ‘Qəbələ"nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda özüm yaxşı təəssürat yaradım".

Keyta sonda azarkeşlərə müraciət edərək, onlardan dəstək istəyib:

"Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda ‘Qəbələ" çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik".

Qeyd edək ki, "Qəbələ" bir müddət öncə Seydina Keyta ilə "6 ay +1 illik" müqavilə imzalayıb.

Son xəbərlər
“Tottenhem” Kolo Muani ilə bağlı qərar qəbul etdi
50-ci ev qələbəsi
1/8 finalın bütün iştirakçıları müəyyənləşdi
Bu gün 13-cü turun oyunları keçiriləcək
Mbappe Arbeloadan narazıdır?
17-ci tura start verilir
Günün oyunları – TV
“Real” kapitanına şübhə ilə baxır
Kasorla La Liqa və Premyer Liqa arasında müqayisə apardı
Qranero Arbeloanın “Real”dakı işini qiymətləndirdi
Runidən “Tottenhem” açıqlaması
Qvardiola “şəhərlilər”in kapitanı haqda söhbət açdı
“Karrik çox şeyi dəyişdi”
“Çelsi” və MS “Bayern”in hücumçusu ilə maraqlanırlar
“Frayburq” yarımfinalda
“Napoli” 1/4 finalda dayandı
“Tottenhem” uduzdu, “Çelsi” və “Mançester Yunayted” xal itirdi
Van Deyk “Mançester Siti”yə məğlubiyyəti şərh etdi
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında 13-cü oldu
“İnter” “Sassuolo”nun müdafiəçisi ilə maraqlanır
Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
Azərbaycan çempionatının ilk medalçıları bəlli oldu
“Bu, çox yaxşı göstəricidir” - Piriç
“Tottenhem” “Milan”ın hücumçusu ilə maraqlanır
“Harda yazılıb ki, “Qarabağ”la oyunumuz təxirə salınıb?” - Vernidub
“Nəticə oyuna görə olmadı” – “Qəbələ”nin məşqçisi
“Yuventus” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
"Neftçi" və "Qarabağ"dan qələbə
“Şaxtyor”un yetirməsi “Turan Tovuz”da
DAHA ÇOX

Ən çox oxunanlar