“Çox narahatam” – Qurban Qurbanov

“Çox narahatam” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Çox vacib oyun, vacib qabiliyyət idi. Yorğunluq hiss olunurdu, lakin futbolçularımız yaxşı performans göstərdilər. Azarkeşlərimiz böyük motivasiya verdi, təşəkkür edirəm.

“Turan Tovuz” özünəxas oyunu olan komandadır. Belə matçlarda oyunu ələ almaq heç də asan olmur. Futbolçularıma bu oyuna hazır olmalarını bildirmişdim. Ən böyük qorxum zədədir.

Dünən məşqdə də oyunçuların ümumi vəziyyətinə baxdıq və qərar verdik ki, pley-off mərhələsindən çıxmalıyıq”.

Baş məşqçi, eyni zamanda, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşma haqda da fikir bildirib:

“İngiltərə sanki başqa bir futbol aləmidir. Mənə görə İngiltərə Premyer Liqası digər liqaları üstələyir. Sanki başqa aləmdir. Orada elə bir vəziyyət yaranır ki, onlar oyunun sonunda azarkeşlər üçün oynayırlar. Daha çox qol vurmaq istəyirlər.

Transfer var, Bakıya gəlməlidir. Hansı xəttdə oyunçu lazım olarsa, onu doldurmalıyıq. Lakin bizdə boş yer yoxdur, yalnız kimisə çıxartmalıyam”.

Təcrübəli mütəxəssis "Nyukasl"la vacib qarşılaşmadan əvvəl Şamaxı və Qubada keçiriləcək matçlarda meydança amili barədə narahatlığını dilə gətirib:

"Çox narahatam. "Nyukasl"la matçdan əvvəl iki Şamaxı səfərimiz var. "İmişli" ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma futbolçuların oyun təcrübəsinə də ehtiyac var".

Son xəbərlər
"Milan" Almaniya klubunun hücumçusu ilə maraqlanır
Yunanıstan klubundan İkardiyə təklif - Rəsmi
Avropanın aparıcı klubları "Sabah"ın rəqibinin qapıçısı ilə maraqlanır
"Sabah"ın rəqibi hücumçusunu mükafatlandıracaq
"Real" Almaniya klubunun qapıçısına göz dikib
"Liverpul" tarixinin ən bahalı transferini reallaşdıra bilər
Luis Enrikedən zədələnən Hakimi ilə bağlı açıqlama
"Sabah"ın rəqibi "İnter"in müdafiəçisi ilə maraqlanır
"Çelsi" "Sabah"ın rəqibinin futbolçusu üçün 500 milyon avro ödəməlidir
Kimmixin 500-cü oyunu
Qalyardo rəsmən Ekvador millisinin baş məşqçi postunda
14 yaşlı azərbaycanlı qız Formula dünyasına doğru
Mourinyo: "Ardanın fantastik potensialı var"
Maldini qəza keçirdi, alkoqol testi müsbət çıxdı
Enrikinen "Sabah"ın rəqibinin futbolçusu ilə bağlı xahişi
Pioli tələblərini Türkiyə klubuna çatdırıb
Mourinyo: "Mən üç ay istəyirəm"
Toralın komandası liderdir
Renat debüt etdi
Muradın komandası turnir cədvəlinin zirvəsində
"Qalatasaray"dan növbəti qələbə
"Sabah"ın oyunu hansı telekanallarda?
"Old Trafford"dan sonra "SOCAR Polymer Arena", "Mançester Yunayted'dən sonra "Şəfa"
Türkiyə klubu Arauxonu icarəyə götürəcək
"Napoli" futbolçusu ilə yeni müqavilə üçün danışıq aparır
"Hətta 6:1 hesablı qələbədən sonra belə, oyunçular tənqidlə üzləşirlər"
"Sabah"ın rəqibi aparıcı futbolçusu ilə yeni müqavilə imzalayacaq
"Mənim üçün böyük dərs oldu" - Rəşad Sadıqov
Şeşko: "Sağalmışam, vəziyyət mükəmməldir"
"Oyundan oyuna daha inamlı oluruq" - Qurban Qurbanov
DAHA ÇOX

Ən çox oxunanlar