Zəncinin arzuları

Zəncinin arzuları

Cahangirlər dünyasından
Qalmasın bir yadigar da;
Qoy ağlar da, qaralar da
Səadətlə nəfəs alsın

Səməd Vurğun

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib".

AFFA-nın bu paylaşımını gördüm bir əhvalat yadıma düşdü. 

Bir gün məclislərin birində Ədalət Şükürov gəlib Habil Əliyevə sevinərək deyir:

- Habil müəllim, məni təbrik edin, mənə əməkdar artist adını verdilər.

Habil Əliyev də dəhşət içində soruşur:

- Nəəə? Sən də aldın? Əşşi onlar verirdi verirdi, sənin abrına nə gəlmişdi ki, götürürdün?!

AFFA-nın təşkil etdiyi 2 oyunluq turnirin ən azı bir matçında yaşanan biabırçılıqları hamı gördü. Sent Lüsiya ilə görüşdə paltardəyişmə otağını su basdı, qarşılaşma meydanın vaxtında xətlənmədiyi və ya keyfiyyətsiz xətləndiyi üçün 10 dəqiqə gec başladı. 

Bütün bunlardan sonra AFFA-nın baş katibinə yüksək təşkilatçılığa görə necə hədiyyə verilə bilər?!

Mini-turnirin qeyri-ciddiliyi təkcə bununla və rəqiblərimizin yarıhəvəskar olması ilə bitmirdi. 

"FİFA Series - 2026"da qonaq komandalar hərəyə 1, biz 2 matç keçirdik. Bu necə turnirdi ki, iştirakçı 3 komandadan ikisi hərəyə 1, digəri 2 oyun keçirir?!

Futbol üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə bir Afrika təmsilçisi ilə qarşılaşdı. Əsas vaxtı heç-heçə bitən görüşdə millimiz Syerra Leoneni penaltilərlə udub tarixində ilk dəfə FİFA bayrağı ilə keçirilən beynəlxalq turnirin qalibi oldu. 

Qələbədən sonra yaşananlar istər sosial şəbəkələrdə, istərsə də futbol ictimaiyyətində birmənalı qarşılanmadı. 

Sportkritik.az saytında gedən "Toppuşun arzusu" yazısından bir hissəyə diqqət edək:
- “International friendlies”, yəni “beynəlxalq yoldaşlıq oyunları” yazılan tablonun qarşısında Kuboku elə qaldırır, elə seivinirdilər ki, sanki mötəbər bir turnirin qalibi olublar. Həm də özləri özlərinə kubok verir, təltif edir. Açığı bu səhnəyə görə xəcalət çəkdim.  Yadıma uzun illər əvvəl baş vermiş bir hadisə düşdü. Məhəlləmizdə bir imkanlı qonşumuz vardı, alverlə məşğul idi. Bu kişinin futbol həvəskarı olan bir toppuş oğlu var idi. Gecə-gündüz  topla həyətdə gəzirdi. Bir gün gördüm, həyətimizin balaca asfalt stadionunda qələbəlikdi, çoxlu uşaqlar var, qızğın oyunlar gedir. Soruşanda dedilər, çempionatdır. Nə isə, oyun bitdi, kənardan kubok və medallar gətirdilər, kapitan sarğısında olan bu toppuş oğlan da kuboku qaldırdı, şar uçurtdular, fişəng atdılar. Sən demə toppuşun arzusu çempion olmaq imiş, atası da gedib Sədərəkdən kubok, medal alıb, komandaları bölüb, bütün zəifləri o biri komandalara, bütün güclüləri isə toppuşun komandasına verib, bir dənə də hakim gətirib və oğlunun arzusunu yerinə yetirib. O toppuş oğlan bir neçə ay kubok və medalla həyətdə gəzirdi və inanırdı ki, ciddi bir kuboku qazanıb. Dünən bizim toppuş da vardı o şənlikdə. AFFA-nın baş katibi Cahangir Fərəcullayev bapbalaca kubokdan iki əllə yapışıb uşaq kimi tullananda həmin qonşumuz toppuş oğlanı yadıma saldı. Deyilənə görə, o bala mişoppadan futbolçu zad olmadı, hələ də atası onun arzularını yerinə yetirməklə məşğuldur. 

Sportkritik.az-ın "Toppuşun arzusu" yazısının tam versiyasını saytımızdan da oxuya bilərsiniz.

Mən isə fikirləşirəm ki, bəlkə "Sədərək"də satılanlara bənzəyən kuboku çılğınlıqla qaldırıb-endirən Cahangir Fərəcullayev öz uşaqlıq arzusunu gerçəkləşdirirdiyi üçün emosiyalarını cilovlaya bilmədi. Bəlkə də azarkeşlərin, futbol ictimaiyyətinin çörəyi qulağının dibi ilə yediyini düşünür...

Amma inanmıram ki, Syerra Leone Futbol Federasiyasının rəhbərliyinin hansısa yoldaşlıq oyununda qələbəyə görə mundialı qazanmış kimi çılğınlıqla sevinmək arzusu olsun. 
Ən azı ona görə ki, Afrikanın zəif futbol ölkələrindən olsa da, rəhbər heyətlərində Mohamed Kallon kimi dünyaşöhrətli veteran futbolçu var... 

Allah başqa dərd verməsin!

Son xəbərlər
İspanlar mübarizəni dayandırdı, İngiltərə klubları yarımfinala çıxdı
Konfrans Liqası: “Maynts”la “Fiorentina” dayandı, “Şaxtyor” yarımfinala çıxdı
“Yuventus”un sabiq qapıçısı faciəvi şəkildə vəfat etdi
“Liverpul”da ciddi itki
Avropa çempionatının ilk günündə iki bürünc medal
“Napoli” Kasado ilə maraqlanır
“Neftçi” NTD-yə qalib gəldi
“Cəbrayıl” üçün danışılmış oyunlara qarşı sessiya
“Barselona” və “Milan” oyunçu mübadiləsi həyata keçirə bilərlər
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bilindi
Premyer Liqada 30-cu turun oyun cədvəli açıqlandı
“Barselona” PSJ-nin müdafiəçisini satın ala bilər
“Meydanda xarakter göstərdik”
“Roma”nın ulduzu “Milan”a keçməyi xəyal edir
“Barselona” Bastoninin keçidi ilə bağlı təhlil aparır
“Mingəçevir”lə “Səbail”dən qələbə
Millinin futbolçuları azarkeşlərlə görüşüblər
Levandovski “Milan”a keçməyə bilər
Yarımfinalın təyinatları açıqlandı
Millimizin Andorra ilə oyununa təyinatlar açıqlandı
“Real” keçmiş futbolçusunun vəfatını bəyan etdi
“İnter” “Roma”nın müdafiəçisi ilə maraqlanır
Kazemiro “İnter Mayami” yolundadır
“Gəncə” “Ordu” üzərində qələbə qazandı
“Milan” “Bayern”in yarımmüdafiəçisindən cavab gözləyir
Fransa Futbol Federasiyasının keçmiş rəhbəri vəfat etdi
“Prezident Kuboku” ilk dəfə Sərsəngdən start götürəcək
“Mançester Yunayted” rəhbərliyi Karriklə bağlı hansı fikirdədir?
“Çelsi”nin yarımmüdafiəçisi Madriddə ev axtarışındadır
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar