Qaşqaldaq ləvəngisi

Qaşqaldaq ləvəngisi

Müştəri həmişə düzdü deyirlər. Nadir istisnalar da həmişə var. Amma ümumən bu fikirlə razılaşmaq olar. 

Azərbaycan kimi futbolu inkişaf etməmiş ölkələrdə isə xüsusən azarkeş həmişə düzdü deyilməlidi.

Çünki, onsuz da 90 faiz oyunlar azarkeşsiz keçir. Ölkədə Azərbaycan futboluna maraq çox azdı.

Bir dəfə stadiona gələn azarkeşə qarşı elə nəzakətlə davranmaq, hansısa vasitəylə istirahət etməsi, zövq alması üçün şərait yaratmaq lazımdı ki, o, bir də geri qayıtsın. 

Bu mənada heç bir klubumuz azarkeşlərlə işi düz qurmayıb. AFFA-nı da daha demirəm. Federasiyada hansı iş düz qurulub ki, burda da düz olsun?!

Milli komandamızın Sent Lüsiya ilə tarixi qələbəsi, Syerra Leone ilə tarixi heç-heçəsi bunun növbəti sübutu idi.

Yaxın keçmişdə Azərbaycan çempionatının, kubokunun oyunlarına indiki ilə müqayisəolunmaz dərəcədə çox azarkeş gəlirdi.

Regionlarda hər matç toy-bayrama çevrilirdi...

Azarkeş nəticədən narazı olanda baş məşqçini, klub rəhbərliyini istefaya səsləyə bilər. Hər yerdə belədi və normaldı.

Amma Elxan Məmmədov və dəstəsi öz məqsədləri üçün buna siyasi don geyindirib regionlarda futbolu məhv etdi.

AFFA-nın indiki rəhbərliyindən gözləntilər çox idi... Amma çox keçmədən bəlli oldu ki, Cahangir Fərəcullayevin nə futboldan anlayışı var, nə də ona həvalə edilən çox böyük vəzifənin öhdəsindən gələsi, bu və başqa problemləri həll edəsi potensialı. 

Təsadüfü deyil ki, 1 ildən çox müddətdə milyonlarla manata yazdırılan İnkişaf Strategiyası kağız üzərində qalır, istər infrastrukturla bağlı, istərsə başqa nədəsə heç bir ciddi iş görülməyib. 

Əvəzində bir ilə 60 milyon manatdan çox pul xərclənib. İllik hesabatda 300 səhifəyə yaxın "görülən işlər"dən bəhs edilir. 


Baxanda bişmiş xoruzun gülməyi tutur. Sanki, indiyəcən universitetlərdə futbol oynamayıblar, çempionatlar keçirilməyib...

Elxan Məmmədov da özünü PR üçün bu üsullardan yaxşı istifadə edərdi, rayonlarda istirahətə gedib bir-iki uşağa top verib şəkilini hər yerdə paylaşdırardı. Futbolunu məhv etdiyi rayonlarda uşaqlar üçün futbol festivalları keçirərdi. 

AFFA-nın illik hesabatına baxanda dejavü yaşayırsan. Köhnə hamam, köhnə tas...

Məsələn, baş katib Cahangir Fərəcullayev görüntü üçün Lənkərana yollanır. Amma özünə əziyyət verib "Fırtınalar meydanı"na getmir...

Sanki, qaşqaldaq ləvəngisi yemək üçün bu qədər məsafəni qət edib. Mediaya da açıqlama verilir ki, bu səfər böyük futbolu ilə bağlı olmayıb, uşaq futbolu ilə əlaqəli imiş. Buna görə də Cahangir müəllim rayonun əsas stadionuna getməyi özünə rəva görməyib.

Lənkəran kimi futbolumuza xüsusi rəng qatan, azarkeş potensialı olan bir rayonu böyük futboldan necə kənarda qoymaq olar, cənab Fərəcullayev?!

Əgər sənin proqramında cənub boyda perspektivli bir bölgə "unudulursa", bundan sonra hansı İnkişaf Strategiyasından danışaq?!

Lənkəran, Masallı futbol ənənəsi olan rayonlardı.

Utanmayıb Anatoli Banişevskinin adını futbolu məhv edilmiş bir rayonun mal-qara otlayan stadionunda bəzək kimi saxlayırlar. Adı bəzək, içi mal təzəyi olan stadion, futbol...

"Xəzər Lənkəran" illər öncə məhv edilsə də, hələ də Lənkəran məktəbinin yetirmələri milli komandamızın aparıcı üzvləridi. 

Nəriman Axundzadə isə hazırda ən yaxşı liqada, klubda çıxış edən legionerimizdi. 

Yazılacaq, deyiləcək çox şey var. Amma nə fayda...

Son xəbərlər
"Sabah" "Şamaxı"nı, "Sumqayıt" "İmişli"ni məğlub edə bilmədi
"Nəticə bizim üçün qəbuledilməzdir" - Dambrauskas
"Bir xal qazandıq" - Azər Bağırov
Konte yenidən "Yuventus"un baş məşqçisi olacaq?
"Məqsədimiz həmişə udmaq olub" - "İmişli"nin məşqçisi
"Ard-arda xal itkiləri bizi narahat edir" - "Sumqayıt"ın baş məşqçisi
"Barselona"nın 2 futbolçusu zədəsini sağaldıb
Rodri "Mançester Siti"yə qarşı oynamaq istəyir
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
İkardinin qızı özünü otağa bağlayıb
Mourinyo: "Mükəmməl oyun nümayiş etdirdik"
Günün TV proqramı
"Sumqayıt" Yevlax səfərində, "Şamaxı" "Sabah"a qarşı
Premyer Liqadan 2 "elçi"si var - Çempionşipin bombardirinin
"Barselona" müdafiə xəttini gücləndirmək istəyir
Hamann Ter Ştegenin milliyə dəvət olunmasını başa düşmür
"Liverpul" Nqumoa ilə bağlı bütün təklifləri rədd edəcək
"Napoli"də vəziyyət gərgindir
"PSJ yüksəlişdə olan komandadır"
"Liverpul" Van Daykla bağlı qərarını verib
"Şəfa" - "Araz-Naxçıvan" - Start heyətlər
"Napoli" "sükan"ı portuqaliyalıya tapşıra bilər
"Komo" rəsmisindən Pasla bağlı açıqlama
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Real"ın qapıçısı milliyə dəvət olunmadı
"Barselona"nın qış transfer planı
"Mançester Yunayted" tələsmir
"Qələbə "Turan Tovuz"un haqqı idi
Berdıyev: "Qələbəyə görə çox şadıq"
DAHA ÇOX

Ən çox oxunanlar