AFFA və ÜST Ümumdünya Sağlamlıq Günü ilə bağlı aksiya keçirib

AFFA və ÜST Ümumdünya Sağlamlıq Günü ilə bağlı aksiya keçirib

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan “Araz-Naxçıvan” - “Sabah” oyunu zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı, həmçinin Peşəkar Futbol Liqasının (PFL) dəstəyi ilə sosial aksiya keçirilib.

Sports.az xəbər verir ki, 7 aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə baş tutan aksiya çərçivəsində komandaların futbolçuları meydana Daun sindromlu uşaqlarla birgə çıxıblar.

İştirakçılar üzərində “Futbol hər kəs üçün” və ÜST-nin 2026-cı ildə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlamlıq naminə birləşək, elm ilə irəliləyək!” sloqanları və tərəfdaş qurumların loqoları əks olunan xüsusi dizaynlı geyimlərlə meydana çıxıb, inklüzivlik və bərabər imkanların təşviqi mesajını çatdırıblar.

Tədbirin davamı olaraq “Araz-Naxçıvan”, “Sabah”, PFL və ÜST tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələrin təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Cəvahir Süleymanova və qurumun digər nümayəndələri çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.

Süleymanova sağlamlığın qorunmasının vacibliyini və cəmiyyətin bu mövzuda maarifləndirilməsinin önəmini vurğulayıb. O, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətdəki rolunun önəmini qeyd edib və belə insanlara dəstək göstərən proqramların bu işin vacib komponentlərindən biri olduğunu bildirdi.

Layihənin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və futbolun birləşdirici gücündən istifadə edərək inklüzivlik ideyalarına töhfə verməkdir.

Son xəbərlər
“Meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”
Robbendən Olise açıqlaması
Azərbaycan yığması Qazaxıstana ikinci oyunda da uduzdu
Noyerlə bağlı şayiə təkzib edildi
Azərbaycan millisi dünya kubokunda mübarizə aparacaq
MOİK “Zaqatala”ya qalib gəldi
“Real” Şlotterbeki yayda satın ala bilər
Bakıda Avropa Atletikasına üzv federasiya rəhbərlərinin konfransı başlayıb
“Beşiktaş”ın futbolçusu əməliyyat olundu
“Milan”ın ulduzu Avropa nəhənglərinin maraq dairəsindədir
PSJ yeni qapıçı gözaltı edib
“Yuventus” Openda ilə bağlı fəaliyyətə keçdi
“Atletiko” bunu 9 il sonra, PSJ ardıcıl 3-cü dəfə bacardı
Millilərimiz “Zəfər Kuboku”nda ikinci oldu
Yüksək Liqalarda final oyunlarının tarixləri açıqlandı
2-ci Liqada ikinci mərhələnin təqvimi müəyyənləşdi
Zamanova bir oyunluq cəza
2-ci liqa komandalarının cəzası açıqlandı
“Qarabağ” cərimələndi
Qvardiolanın mümkün əvəzedicisi məlum oldu
Bruno Fernandes “Bornmut”a məğlubiyyətə aydınlıq gətirdi
Süleymanlı Avropa çempionatında liderdir
“Barselona” Bastoninin keçidini nə vaxt tamamlayacaq?
İtaliya yığmasının sükanı arxasına əsas namizəd açıqlandı
“Andorra ilə səfər matçını unudub evdəki oyuna köklənməliyik”
Abaskal Ronaldinyo haqda fikrini bildirdi
Hazard Dembeleni qiymətləndirdi
Azərbaycanlı məşqçilər Tiflisdə beynəlxalq kursa qatılıblar
Karrik “Bornmut”a məğlubiyyətə aydınlıq gətirdi
Farke “Bornmut”un “Mançester Yunated” üzərində qələbəsini şərh etdi
DAHA ÇOX

Ən çox oxunanlar